Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2155/2025 16.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı MMC Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı MMC geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2155/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2155/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver