Məhkəmə qərarları › İş №e-2(017)-2224/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2224/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2224/2023 16.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi barədə iddia verərək, Cavabdeh və Zamin müştərək qaydada 2323 manat əsas borcu, 0 manat cərimə borcu, 0,40 xidmət haqqını, 4,40 məktub pulunu və 43,23 manat ödənilmiş dövlət rüsumu, cəmi 2371,03 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh və Zamin arasında xx.xx.2023cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 15 ay müddətinə 1969 manat məbləğində RT-43K6000S8 markalı Samsung Soyuducu verilmişdir. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, aldığı “VERSACE TƏKLİ ÇARPAYİ” 30 manat ilkin ödəniş olmaqla 12 ay müddətinə 354 manat verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə də 2323 manat əsas borcu, 0 manat cərimə borcu, 0,40 xidmət haqqını, 4,40 məktub pulunu və 43,23 manat ödənilmiş dövlət rüsumu, cəmi 2371,03 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materialarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı kreditlə mal götürmüş və «Borc alan» Cavabdeh satıcı qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. İş materialarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 2323 manat əsas borcu vardır. Mülki işin materiallarında olan əlavə edilmiş ödəniş tapşərəğından görünür ki İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 43,23 manat dövlər rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli,əmlak verməli iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidia məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43,23 manat ödənilmiş dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və Zamin 2323 manat əsas borcu, 0 manat cərimə borcu, 0,40 xidmət haqqını, 4,40 məktub pulunu və 43,23 manat ödənilmiş dövlət rüsumu, cəmi 2371,03 manat məbləğində pul borcu İddiaçı ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov Azərbaycan Respublikası Ağcabədi Rayon Məhkəməsi Poçt indeksi 0403, Ağcabədi şəhəri Tel: (021) 275-18-80 Ü.Hacıbəyli prospekti №153 Faks: (021) 275-18-80 www. Elektron ünvan № 2(017)-2224/2022 “ ______” noyabr 2023-cü il ünvan 1 ünvanında yerləşən "xxxx" KB ASC ünvan 2abdeh Cavabdeh ünvan 3vanında yaşayan cavabdeh X2 Ağcabədi Rayon Məhkəməsi hakiminin 16 noyabr 2022-ci il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 01 vərəqə. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov İş № 2(017)-2224/2022 MƏHKƏMƏİCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 16 noyabr 2022-ci il Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:20-də açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açıb baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatına İddiaçı Cavabdeh və qeyrisinə qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi daxil olmuşdur. İş üzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehə göndərilmişdir. Həmin ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalıdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirərək qətnaməni elan edir. Sədrik edən məhkəmə iclasını saat 10:30-da bağlı elan edir. Məhkəmə iclasının protokolu 16 noyabr 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: İclas katibi: İş № 2(017)- 2224/2022 İCRAVƏRƏQƏSİ xx.xx.2022-ci il AĞCABƏDİRAYONMƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh və X2 qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin binasında baxaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh və X1 627,56 ABŞ dolları əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “Unibank ASC Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu madəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İddiaçının soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi; "xxxx" ASC – ünvan 5N Biznes Mərkəzi,3-cü mərtəbə Cavabdehlərin soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi Cavabdeh-xx.xx.1982-ci il, Ağcabədi rayon, İmamqulubəyli kəndi . AZE-05914958 X3-xx.xx.1966-cı il, Ağcabədi rayon, İmamqulubəyli kəndi. AZE-06386914 İcra vərəqəsi 03 iyul 2022-ci il tarixdə verilmişdir. Ağcabədi rayon məhkəməsinin sədri: Sulduz Ləzimov Azərbaycan Respublikası Ağcabədi rayon Məhkəməsi (Ağcabədi ş.Ü.Hacıbəyli pr.153) Ağcabədi rayon İcra və Probasiya T/faks: (021)-275-18-28 , 18-80 Şöbəsinin rəisi əvəzi mailto:cонтаcт@аэcабедиcоурт.эов.азElektron ünvan cənab Faiq Mustafayevə №- 2(017)- 2224/2022 ______________ 2022-ci il İddiaçı "xxxx" ASC-nin Cavabdeh və qeyrisinə qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin 2224 2022-cu il tarixli, 2(017)-2224/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra sənədi «01» vərəqə; Məhkəmənin sədri Sulduz Ləzimov. Azərbaycan Respublikası Ağcabədi rayon Məhkəməsi (Ağcabədi ş.Ü.Hacıbəyli pr.153) Ağcabədi rayon İcra və Probasiya T/faks: (021)-275-18-28 , 18-80 Şöbəsinin rəisi əvəzi mailto:cонтаcт@аэcабедиcоурт.эов.азElektron ünvan cənab Faiq Mustafayevə №- 2(017)- 2224/2022 ______________2022-ci il İddiaçı "xxxx" ASC-nin Cavabdeh və qeyrisinə qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin 2224 2022-ci il tarixli, 2(017)-2224/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra sənədi «01» vərəqə; Məhkəmənin sədri Sulduz Ləzimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar