Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2338/2023 28.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən 484,63 borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh Ağdam rayonu, Əfətli kəndi ərazisində 2,0 ha sahədə pambıq əkməyi və və yetişdirdiyi məhsulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqadar cavabdeh iddiaşıdan 2520,33 manat vəsaiti avans olaraq almışdır. Müqaviləyə əasən cavabdeh aldığı avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avansı aldığı vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 60 manat məbləğində 1-ci şum, 24 manat məbləğində siyid səpini, 182 manat məbləğində kultivasiya, 28 manat məbləğində mala, 34 manat məbləğində Şirvan ziq-zaq mala, 32 manat məbləğində sahədaxili kanal çəkilişi, 100 manat məbləğində dərman səpini, 163,84 manat məbləğində çiyid toxumu, 220 manat məbləğində pambığın maşınla 1 üz yığımı, 140 manat məbləğində pambığın maşınla 2-ci üz yığımı, 552,49 manat məbləğində gübrə pestisit, becərmə, suvarma üçün nağd qaydada 960 manat, cəmi 2520,33 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini poazaraq mövsüm başa çatsa da 3146,14 kq və ya 2035,69 manat dəyərində xam pambıq təhvil vermiş, bununla da cavabdehin 484,63 manat borcu qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən 484,63 borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh Ağdam rayonu, Əfətli kəndi ərazisində 2,0 ha sahədə pambıq əkməyi və və yetişdirdiyi məhsulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İşdə olan aktdan görünür ki, Cavabdeh İddiaçınə 484,63 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh Ağdam rayonu, Əfətli kəndi ərazisində 2,0 ha sahədə pambıq əkməyi və və yetişdirdiyi məhsulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqadar cavabdeh iddiaşıdan 2520,33 manat vəsaiti avans olaraq almışdır. Müqaviləyə əasən cavabdeh aldığı avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avansı aldığı vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 60 manat məbləğində 1-ci şum, 24 manat məbləğində siyid səpini, 182 manat məbləğində kultivasiya, 28 manat məbləğində mala, 34 manat məbləğində Şirvan ziq-zaq mala, 32 manat məbləğində sahədaxili kanal çəkilişi, 100 manat məbləğində dərman səpini, 163,84 manat məbləğində çiyid toxumu, 220 manat məbləğində pambığın maşınla 1 üz yığımı, 140 manat məbləğində pambığın maşınla 2-ci üz yığımı, 552,49 manat məbləğində gübrə pestisit, becərmə, suvarma üçün nağd qaydada 960 manat, cəmi 2520,33 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini poazaraq mövsüm başa çatsa da, 3146,14 kq və ya 2035,69 manat dəyərində xam pambıq təhvil vermiş, bununla da cavabdehin 484,63 manat borcu qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən 484,63 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən 484,63 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 02 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 fevral 2020-ci il tarixli, 204 saylı alğı-satqı müqaviləsinə əsasən 484,63 manat borc pul və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 514 (beş yüz on dörd) manat 63 (altmış üç) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2338/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2338/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver