Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2359/2024 10.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 dekabr 2020-ci il tarixli, 01/21-234 saylı alğı-satqı müqaviləsinə əsasən 1136,83 borcun və 31,36 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-ninAğcabəd Filialı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2020-ci il tarixli, 01/21-234 nömrəli alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Köyük kəndi ərazisində yerləşən 2,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 3040,61 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 76 manat məbləğində 1-ci şum, 60 manat məbləğində Tandemdisk çəkmə ağır mala, 34 manat məbləğində mala çəkmə, 28 manat məbləğində çiyid səpini (90sm), 288 manat məbləğində kultivasiya (90sm), 78 manat məbləğində dərman səpini, 225 manat məbləğində 1-ci maşın yığımı, 40 manat məbləğində dizel yanacağı, 1260 manat məbləğində arat pulu, alaq təmizləmə və suvarma pulu üçün verilmiş avans, 695,61 manat dəyərində gübrə və dərmanlara, cəmi 3040,61 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 1903,78 manat məbləğində 2719,69 kq xam-pambıq təhvil vermiş, bununla “İddiaçıya” 1136,83 manat məbləğində borcu qalmışdır Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Ona görə də, Cavabdeh 27 dekabr 2020-ci il tarixli, 01/21-234 saylı alğı-satqı müqaviləsinə əsasən 1136,83 borcun və 31,36 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 dekabr 2020-ci il tarixli, 01/21-234 saylı alğı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Müqaviləyə əsasən, Məmmədov X1 rayonu, Köyük kəndi ərazisində 2,0 ha sahədə pambıq əkməyi və və yetişdirdiyi məhsulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İşdə olan aktdan görünür ki, Cavabdehnın İddiaçınə 1136,83 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2020-ci il tarixli, 01/21-234 nömrəli alqı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Köyük kəndi ərazisində yerləşən 2,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 3040,61 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 76 manat məbləğində 1-ci şum, 60 manat məbləğində Tandemdisk çəkmə ağır mala, 34 manat məbləğində mala çəkmə, 28 manat məbləğində çiyid səpini (90sm), 288 manat məbləğində kultivasiya (90sm), 78 manat məbləğində dərman səpini, 225 manat məbləğində 1-ci maşın yığımı, 40 manat məbləğində dizel yanacağı, 1260 manat məbləğində arat pulu, alaq təmizləmə və suvarma pulu üçün verilmiş avans, 695,61 manat dəyərində gübrə və dərmanlara, cəmi 3040,61 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 1903,78 manat məbləğində 2719,69 kq xam-pambıq təhvil vermiş, bununla “İddiaçıya” 1136,83 manat məbləğində borcu qalmışdır Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 27 dekabr 2020-ci il tarixli, 01/21-234 saylı alğı-satqı müqaviləsinə əsasən 1136,83 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 27 dekabr 2020-ci il tarixli, 01/21-234 saylı alğı-satqı müqaviləsinə əsasən 1136,83 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 11 iyul 2024-cü-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 31,36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1136,83 manat borc pul və iddia qaldırmaq üçün ödənilmiş 31,36 manat dövlət rüsumu, cəmi 1168 (bir min bir yüz altmış səkkiz) manat 19 (on doqquz) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2359/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2359/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver