Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-236/2024 03.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16 fevral 2023-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cəfərov X1 **********55396 İPONE 14 PRO markalı telefon almış və nəticədə 5196 (beş min yüz doxsan altı) manat borc yaranmışdır. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və ödəniş lazımi qaydada və vaxtında aparılmamışdır. Beləliklə, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 fevral 2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 4518 (dörd min beş yüz on səkkiz) manat 54 (əlli dörd) qəpik (18 ay x 251.03 manat-0 manat ilkin ödəniş) olan İmei kod **********55396 İPONE 14 PRO markalı telefon ümumilikdə 5196 manat olmaqla, ondan 4518 manat 54 qəpik məbləğində ödənilməmiş hissə, 677 manat 46 qəpik manat məbləğində cərimə pulu borcu yaranmışdır. Ona görə də Cavabdeh 4518 manat 54 qəpik məbləğində ödənilməmiş hissə, 677 manat 46 qəpik manat məbləğində cərimə borcu olmaqla, cəmi 5196 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 71 manat 96 qəpik məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə Kamil oğlu məhkəməyə teleqram göndərərək iddianın tam təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli, 09392325 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh İmei kod **********55396 İPONE 14 PRO markalı telefon satılmışdır. İş materiallarında olan bidirişlərdən görünür ki, cavabdeh borcun qaytarılması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh «ABC TELEKOM» MMS-nə olan ümumilikdə 5196 manat məbləğində borcu üzrə tələb edilən cərimə ədalətli deyil, çox yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Beləliklə, məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 16 fevral 2023-cü il tarixdə 09392325 saylı bağlanmış müqavilə üzrə sonuncunun İmei kod **********55396 İPONE 14 PRO markalı telefon alması müqavilə öhdəliklərinin yerinə yetirməməsi və hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 16 fevral 2023-cü il tarixli müqavilə üzrə cavabdehin 4518 manat 54 qəpik məbləğində ödənilməmiş hissə, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4618 manat 54 məbləğində borclarının qalması müəyyən edildi. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 67 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən də iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 16 fevral 2023-cü il tarixli, 09392325 saylı müqavilə üzrə İmei kod **********55396 İPONE 14 PRO markalı telefon üçün 4518 manat 54 qəpik məbləğində ödənilməmiş hissə, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4618 manat 54 qəpik məbləğində borc pul və 67 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-236/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-236/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver