Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2430/2025 20.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2602,08 manat məbləğində əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 260,21 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2276,86 manat məbləğində əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 227,69 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 68,06 manat məbləğində əsas borcun, 6,81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5488,90 manat borc, həmçinin ödənilmiş 74,89 manat dövlət rüsumunun "xxxx" MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********74111 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG CHARGER adapter, 2 ədəd PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********44379 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, SAMSUNG CHARGER adapter almış və nəticədə 5488,90 (beş min dörd yüz səksən səkkiz manat, 90 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3371,03 (üç min üç yüz yetmiş bir manat, 03 qəpik) manat (18 ay x 162 manat + 455,03 manat ilkin ödəniş) olan İMEİ KODU **********74111 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG CHARGER adapter, 2 ədəd PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 2885,89 (iki min səkkiz yüz səksən beş manat, 89 qəpik) manat olmaqla ondan, 2602,08 (iki min altı yüz iki manat, 08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 260,21 (iki yüz altmış manat,21 qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3184,84 (üç min yüz səksən dörd manat,84 qəpik) manat (18 ay x 151,38 manat + 460 manat ilkin ödəniş) olan İMEİ KODU **********44379 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 2528,15 (iki min beş yüz iyirmi səkkiz manat,15 qəpik) manat olmaqla ondan, 2276,86 (iki min iki yüz yetmiş altı manat, 86 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 227,69 (iki yüz iyirmi yeddi manat, 69 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 129,96 (yüz iyirmi doqquz manat, 96 qəpik) manat (18 ay x 7,58 manat + 39 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER adapter üçün ümumilikdə, 74,87 (yetmiş dörd manat, 87 qəpik) manat olmaqla ondan, 68,06 (altmış səkkiz manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,81 (altı manat, 81 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1738,83 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ona görə də Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2602,08 manat məbləğində əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 260,21 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2276,86 manat məbləğində əsas borcun, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 227,69 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 68,06 manat məbləğində əsas borcun, 6,81 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5488,90 manat borc, həmçinin ödənilmiş 74,89 manat dövlət rüsumunun "xxxx" MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan İMEİ KODU **********74111 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG CHARGER adapter, 2 ədəd PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********44379 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, SAMSUNG CHARGER adapter almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3371,03 (üç min üç yüz yetmiş bir manat, 03 qəpik) manat (18 ay x 162 manat + 455,03 manat ilkin ödəniş) olan İMEİ KODU **********74111 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG CHARGER adapter, 2 ədəd PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 2885,89 (iki min səkkiz yüz səksən beş manat, 89 qəpik) manat olmaqla ondan, 2602,08 (iki min altı yüz iki manat, 08 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 260,21 (iki yüz altmış manat,21 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3184,84 (üç min yüz səksən dörd manat,84 qəpik) manat (18 ay x 151,38 manat + 460 manat ilkin ödəniş) olan İMEİ KODU **********44379 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 2528,15 (iki min beş yüz iyirmi səkkiz manat,15 qəpik) manat olmaqla ondan, 2276,86 (iki min iki yüz yetmiş altı manat, 86 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 227,69 (iki yüz iyirmi yeddi manat, 69 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 129,96 (yüz iyirmi doqquz manat, 96 qəpik) manat (18 ay x 7,58 manat + 39 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER adapter üçün ümumilikdə, 74,87 (yetmiş dörd manat, 87 qəpik) manat olmaqla ondan, 68,06 (altmış səkkiz manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,81 (altı manat, 81 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Vaxtı keçmiş kredit üçün hesablanmış faiz borcu (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X3rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqısatqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, lakin Cavabdeh həmin müqavilələrin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2602,08 manat məbləğində əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 30 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2276,86 manat məbləğində əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 20 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 68,06 manat məbləğində əsas borc, 6 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5050,20 manat borc, həmçinin ödənilmiş 74,89 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə 2602,08 manat məbləğində əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 30 manat məbləğində cərimə borcu; xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2276,86 manat məbləğində əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 20 manat məbləğində cərimə borcu; xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 68,06 manat məbləğində əsas borc, 6 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5050,20 manat borc, həmçinin ödənilmiş 74,89 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nın xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2430/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2430/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver