Məhkəmə qərarları › İş №e-2(017)-2431/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2431/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2431/2025 02.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 9 iyun 2024-cü tarixli müqaviləyə əsasən 325,96 manat əsas borcu, 32,60 cərimə borcunun, 6 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 278,42 manat əsas borcu, 27,84 manat cərimə borcu, 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 180 manat əsas borcu, 18 manat cərimə borcu, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 174,06 manat əsas borcu, 17,41 manat cərimə borcu, 7 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 121,46 manat əsas borcu, 12,15 manat cərimə borcu, 8 may 2024-cü il tarixli müqaviləyə əsasən 119,64 manat əsas borcu,11,96 manat cərimə borcu, 13 may 2024-cü il tarixli müqaviləyə əsasən 105,28 manat əsas borcu, 10,53 manat cərimə borcu, 18 may 2024-cü il tarixli müqaviləyə əsasən 67,06 manat əsas borcu, 6,71 manat cərimə borcu cəmi 1509,07 manat pul borcunun və 35,10 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 9 iyun 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 23,22 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 417,96 manat məbləğində VELOSİPED VİSTA satılmış, 6 aprel 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 31,09 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 559,62 manat məbləğində XİAOMİ REDMİ BUDS 4 qulaqlıq, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İMEİ KODU **********42130 VİVO Y33S markalı telefon satılmış, 29 iyun 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 26,11 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 469,98 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNG, FEN ÜTÜ PHİLİPS satılmış, 26 aprel 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 13,92 manat+ 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 250,56 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT LADY CALLİNG WATCH LORA 2 qol saatı satılmış, 7 iyun 2024cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 11,20 manat+ 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 201,60 manat məbləğində HAVLU 6-Lİ ELSA satılmış, 8 may 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə hər ay 6,37 manat+0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 152,88 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SCHAFER ROXY satılmış, 13 may 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 8,36 manat+0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 150,48 manat məbləğində SAÇ MASKASİ MORFOSE KERATİN, SCHAFER GARDENYA ÇİFT KİŞİLİK NEVRESİM TAKİMİ 4 PARÇA, SAÇ MASKASİ MORFOSE MİLK THERAPY satılmış, 18 may 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 6,20 manat+0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 111,60 manat məbləğində DARAQ SAÇQİRAN TƏMİZLƏYƏN satılmışdır. Lakin, Cavabdeh borcunu ödəməkdən yayınmış, beləliklə 9 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 325,96 manat əsas borcu, 32,60 cərimə borcu, 6 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 278,42 manat əsas borcu, 27,84 cərimə borcu, 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 180 manat əsas borcu, 18 manat cərimə borcu, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 174,06 manat əsas borcu, 17,41 manat cərimə borcu, 7 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 121,46 manat əsas borcu, 12,15 manat cərimə borcu, 8 may 2024-cü il tarixli müqaviləyə əsasən 119,64 manat əsas borcu, 11,96 manat cərimə borcu, 13 may 2024-cü il tarixli müqaviləyə əsasən 105,28 manat əsas borcu, 10,53 manat cərimə borcu, 18 may 2024-cü il tarixli müqaviləyə əsasən 67,06 manat əsas borcu, 6,71 manat cərimə borcu cəmi 1509,07 manat pul borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 35,10 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 9 iyun 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 23,22 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 417,96 manat məbləğində VELOSİPED VİSTA satılmış, 6 aprel 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 31,09 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 559,62 manat məbləğində XİAOMİ REDMİ BUDS 4 qulaqlıq, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İMEİ KODU **********42130 VİVO Y33S markalı telefon satılmış, 29 iyun 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 26,11 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 469,98 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SAMSUNG, FEN ÜTÜ PHİLİPS satılmış, 26 aprel 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 13,92 manat+ 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 250,56 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT LADY CALLİNG WATCH LORA 2 qol saatı satılmış, 7 iyun 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 11,20 manat+ 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 201,60 manat məbləğində HAVLU 6-Lİ ELSA satılmış, 8 may 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə hər ay 6,37 manat+0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 152,88 manat məbləğində QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOZSORAN SCHAFER ROXY satılmış, 13 may 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 8,36 manat+0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 150,48 manat məbləğində SAÇ MASKASİ MORFOSE KERATİN, SCHAFER GARDENYA ÇİFT KİŞİLİK NEVRESİM TAKİMİ 4 PARÇA, SAÇ MASKASİ MORFOSE MİLK THERAPY satılmış, 18 may 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 6,20 manat+0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 111,60 manat məbləğində DARAQ SAÇQİRAN TƏMİZLƏYƏN satılmışdır. Cavabdeh 29 iyun 2024-cü il tarixli müqaviləsinə əsasən FEN ÜTÜ PHİLİPS-dən 30 iyun 2024-cü il tarixində imtina etmiş və məhsul 199,98 manat qiymətləndirilərək, borcundan silinmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35,10 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 9 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 325,96 manat əsas borcu, 5 manat cərimə borcu və 6 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 278,42 manat əsas borcu, 5 manat cərimə borcu 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 180 manat əsas borcu, 5 manat cərimə borcu, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 174,06 manat əsas borcu, 5 manat cərimə borcu, 7 iyun 2024cü il tarixli müqaviləyə əsasən 121,46 manat əsas borcu, 5 manat cərimə borcu, 8 may 2024-cü il tarixli müqaviləyə əsasən 119,64 manat əsas borcu, 5 manat cərimə borcu, 13 may 2024-cü il tarixli müqaviləyə əsasən 105,28 manat əsas borcu, 5 manat cərimə borcu, 18 may 2024-cü il tarixli müqaviləyə əsasən 67,06 manat əsas borcu, 5 manat cərimə borcu və 35,10 ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34,11 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 325,96 manat əsas borcu, 5 manat cərimə borcu, 6 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 278,42 manat əsas borcu, 5 manat cərimə borcu, 29 iyun 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən 180 manat əsas borcu, 5 manat cərimə borcu, 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 174,06 manat əsas borcu, 5 manat cərimə borcu, 7 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 121,46 manat əsas borcu, 5 manat cərimə borcu, 8 may 2024-cü il tarixli müqaviləyə əsasən 119,64 manat əsas borcu, 5 manat cərimə borcu, 13 may 2024cü il tarixli müqaviləyə əsasən 105,28 manat əsas borcu, 5 manat cərimə borcu, 18 may 2024-cü il tarixli müqaviləyə əsasən 67,06 manat əsas borcu, 5 manat cərimə borcu və 34,11 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar