Məhkəmə qərarları › İş №e-2(017)-2463/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2463/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2463/2025 29.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqaviləyə əsasən 123 manat əsas borc, 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqaviləyə əsasən 128 manat əsas borc, hər iki müqavilə üzrə ümümilikdə 251 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı əşyaya görə 15 manat ilkin ödəniş olmaaqla 24 ay müddətinə hər ay 41 manat olmaqla 984 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı əşyaya görə 8 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 64 olmaqla 1152 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqavilə üzrə qismən ödənişlər etmiş və 123 manat borcu qalmışdır. Bundan başqa cavabdeh 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqavilə üzrə qismən ödənişlər etmiş və 128 manat borcu qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqaviləyə əsasən 123 manat əsas borc, 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqaviləyə əsasən 128 manat əsas borc, hər iki müqavilə üzrə ümümilikdə 251 manat borcun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqavilədən və əlavəsindən görünür ki, cavabdeh iddiaçıdan aldığı əşyaya görə 15 manat ilkin ödəniş olmaaqla 24 ay müddətinə hər ay 41 manat olmaqla 984 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqavilədən və əlavəsindən görünür ki, cavabdeh iddiaçıdan aldığı əşyaya 8 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 64 olmaqla 1152 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqaviləyə əsasən 123 manat əsas borc, 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqaviləyə əsasən 128 manat əsas borc, hər iki müqavilə üzrə ümümilikdə 251 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı əşyaya görə 15 manat ilkin ödəniş olmaaqla 24 ay müddətinə hər ay 41 manat olmaqla 984 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı əşyaya görə 8 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə hər ay 64 olmaqla 1152 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqavilə üzrə qismən ödənişlər etmiş və 123 manat borcu qalmışdır. Bundan başqa cavabdeh 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqavilə üzrə qismən ödənişlər etmiş və 128 manat borcu qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 14 iyul 2022-ci il tarixli, AGK6323316 saylı müqaviləyə əsasən 123 manat əsas borc, 06 yanvar 2023-cü il tarixli, AGK6324765 saylı müqaviləyə əsasən 128 manat əsas borc, hər iki müqavilə üzrə ümümilikdə 251 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə 251 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 23 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 251 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 281 (iki yüz səksən bir) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar