Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2479/2023 16.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ASC Cavabdeh qarşı təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi tərtib edilərkən iddiaçı Azərbaycan Respublikası MPM-si ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);i 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar;ii 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə qarşı yönələn tələbi və öz tələblərini əsaslandırdığı halları, habelə həmin halları təsdiq edən sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətlərini, cavabdehin sayına görə həmin sənədlərin surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixdə 26166 nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq X2 və X1 qaytarılmalıdır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı ASC-yə qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı ASC-nə izah edilsin. xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı ASC-nə qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2479/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2479/2023
16.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver