Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2499/2023 22.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 242,50 manat əsas borc, 24,50 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 1154,90 əsas borc, 115,10 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 34,75 əsas borc, 3,25 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1575 manat borcun və ödənilmiş 35,75 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 60 manat olmaqla 12 ay müddətinə hər ay 48,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642 manat olan “Hoffmann TS105 Tornado” almışdır. Bundan başqa 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 200 manat olmaqla 15 ay müddətinə hər ay 83,66 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1454,90 manat olan İMEİ kodu **********60676 “Xiaomi Poco X4 GT” markalı mobil telefon almışdır. Bundan başqa 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 24,75 manat olmaqla 3 ay müddətinə hər ay 17,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 77,25 manat olan “Aiva At-X80Q” qulaqlıq almışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 742 manat ödəniş etmişdir. Cavabdeh 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 242,50 manat əsas borc, 24,50 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 1154,90 əsas borc, 115,10 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 34,75 əsas borc, 3,25 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1575 manat borcun və ödənilmiş 35,75 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 iyun 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş 60 manat olmaqla 12 ay müddətinə hər ay 48,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642 manat olan “Hoffmann TS105 Tornado” alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 dekabr 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş 200 manat olmaqla 15 ay müddətinə hər ay 83,66 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1454,90 manat olan İMEİ kodu **********60676 “Xiaomi Poco X4 GT” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 dekabr 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş 24,75 manat olmaqla 3 ay müddətinə hər ay 17,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 77,25 manat olan “Aiva At-X80Q” qulaqlıq alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 242,50 manat əsas borc, 24,50 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 1154,90 əsas borc, 115,10 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 34,75 əsas borc, 3,25 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1575 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 60 manat olmaqla 12 ay müddətinə hər ay 48,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 642 manat olan “Hoffmann TS105 Tornado” almışdır. Bundan başqa 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 200 manat olmaqla 15 ay müddətinə hər ay 83,66 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1454,90 manat olan İMEİ kodu **********60676 “Xiaomi Poco X4 GT” markalı mobil telefon almışdır. Bundan başqa 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 24,75 manat olmaqla 3 ay müddətinə hər ay 17,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 77,25 manat olan “Aiva At-X80Q” qulaqlıq almışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 742 manat ödəniş etmişdir. Cavabdeh 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 242,50 manat əsas borc, 24,50 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 1154,90 əsas borc, 115,10 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 34,75 əsas borc, 3,25 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1575 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 13 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 242,50 manat əsas borc, 24,50 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 1154,90 əsas borc, 115,10 manat cərimə, 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 34,75 əsas borc, 3,25 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1575 manat b orcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə 1432,15 manat əsas borc, 20 manat cərimə, cəmi 1452,15 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 17 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 35,75 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1432,15 manat əsas borc, 20 manat cərimə,və ödənilmiş 35,75 manat dövlət rüsumu, cəmi 1487 (bir min dörd yüz səksən yeddi) manat, 90 (doxsan) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2499/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2499/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver