Məhkəmə qərarları › İş №e-2(017)-255/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-255/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-255/2024 09.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 918 manat əsas borc, 275 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1225 manat cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 1 ədəd “Samsung Galaxy A70” markalı mobil telefonu 50 manat ilkin ödənişlə 18 ay müddətinə hər ay 68 manat olmaqla, 1224 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 102 manat ödəniş etmiş və qalıq 918 manat borcu qaytarmamış və ona ümumilikdə 275 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 918 manat əsas borc, 275 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1225 manat pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “Samsung Galaxy A70” markalı mobil telefonu 50 manat ilkin ödənişlə 18 ay müddətinə hər ay 68 manat olmaqla, 1224 manat alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 28 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə 918 manat əsas borc, 275 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1225 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 1 ədəd “Samsung Galaxy A70” markalı mobil telefonu 50 manat ilkin ödənişlə 18 ay müddətinə hər ay 68 manat olmaqla, 1224 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 102 manat ödəniş etmiş və qalıq 918 manat borcu qaytarmamış və ona ümumilikdə 275 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 918 manat əsas borc, 275 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1225 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 oktyabr 2019-cu il tarixli, Y20K5758405 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 918 manat əsas borc, 20 manat dəbbə pulu, cəmi 938 manat borc pul alınaraq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 918 manat əsas borc, 20 manat cərimə və ödənilmiş 32 manat dövlət rüsumu, cəmi 970 (doqquz yüz yetmiş) manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar