Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2558/2023 29.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 oktyabr 2022--ci il tarixli, müqaviləyə əsasən 609,69 manat əsas borc, 60,31 manat cərimə, 31 yanvar 2023-cü il tarixli, müqaviləyə əsasən 81 manat əsas borc, 8 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 759 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022--ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 44,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 801 manat olan İMEİ KODU **********56747 “X2 11” markalı mobil telefon, “Redmi Note 11” şüşə plyonka almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 9 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 6,75 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 90 manat olan “Panasonic” fen almışdır. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 3 il sığortadan imtina etmiş və məhsul 115 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 76,31 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 115 manat, ümumilikdə 191,31 manat təşkil edir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 9 manat təşkil edir. Ona görə də, Cavabdeh 29 oktyabr 2022--ci il tarixli, müqaviləyə əsasən 609,69 manat əsas borc, 60,31 manat cərimə, 31 yanvar 2023-cü il tarixli, müqaviləyə əsasən 81 manat əsas borc, 8 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 759 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 44,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 801 manat olan İMEİ KODU **********56747 “X2 11” markalı mobil telefon, “Redmi Note 11” şüşə plyonka alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 31 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 9 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 6,75 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 90 manat olan “Panasonic” fen alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 29 oktyabr 2022--ci il tarixli, müqaviləyə əsasən 609,69 manat əsas borc, 60,31 manat cərimə, 31 yanvar 2023-cü il tarixli, müqaviləyə əsasən 81 manat əsas borc, 8 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 759 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022--ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 44,50 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 801 manat olan İMEİ KODU **********56747 “X2 11” markalı mobil telefon, “Redmi Note 11” şüşə plyonka almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 9 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 6,75 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 90 manat olan “Panasonic” fen almışdır. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 3 il sığortadan imtina etmiş və məhsul 115 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 76,31 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 115 manat, ümumilikdə 191,31 manat təşkil edir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 9 manat təşkil edir. Ona görə də, Cavabdeh 29 oktyabr 2022--ci il tarixli, müqaviləyə əsasən 609,69 manat əsas borc, 60,31 manat cərimə, 31 yanvar 2023-cü il tarixli, müqaviləyə əsasən 81 manat əsas borc, 8 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 759 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 29 oktyabr 2022--ci il tarixli, müqaviləyə əsasən 609,69 manat əsas borc, 60,31 manat cərimə, 31 yanvar 2023-cü il tarixli, müqaviləyə əsasən 81 manat əsas borc, 8 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 759 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 68,31 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə 690,69 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 700,69 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 24 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 690,69 manat əsas borc, 10 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat, 69 (altmış doqquz) pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2558/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2558/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver