Məhkəmə qərarları › İş №e-2(017)-2617/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2617/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2617/2025 29.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı «ABC-TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı «ABC-TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni iddia tələbindən imtina kimi qiymətləndirib, iddiaçının ərizəsini müzakirə edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən hakim iş üzrə icraata iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddia tələbindən iddiaçının imtinası qanuna zidd olmadığına və digər şəxslərin hüquq və mənafelərini pozmadığına görə qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «ABC- TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “«ABC-TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-263-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçının iddiadan imtinası qəbul edilsin. İddiaçı «ABC-TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı «ABC- TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar