Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2645/2023 15.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 316,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (284-3.2.3), tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar (284-3.2.4) göstərilməlidir. İddiaçı ASC Cavabdeh qarşı müqavilə öhdəliyi üzrə pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilənin surəti işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 284-1 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddia ərizəsinin qəbul olunmasından imtina həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə iddia verməsinə mane olmur. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2645/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2645/2023
15.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver