Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2707/2025 20.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1104,20 manat əsas borc, 165,60 manat cərimə, cəmi 1269,80 manat, 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 365,90 manat əsas borc, 54,80 manat cərimə, cəmi 420,70 manat, hər iki müqavilə üzrə cəmi 1470,10 manat əsas, 220,40 manat cərimə, cəmi 1690,50 manat borcun və 36,90 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “İphone” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 93 manat olmaqla, 1669,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 29 manat olmaqla, 510,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 150 manat, 22 avqust 2024cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 28 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 1470,10 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 2204 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 220,40 manat hesablanmışdır. Ona görə də Cavabdeh 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1104,20 manat əsas borc, 165,60 manat cərimə, cəmi 1269,80 manat, 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 365,90 manat əsas borc, 54,80 manat cərimə, cəmi 420,70 manat, hər iki müqavilə üzrə cəmi 1470,10 manat əsas, 220,40 manat cərimə, cəmi 1690,50 manat borcun və 36,90 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “İphone” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 93 manat olmaqla, 1669,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 29 manat olmaqla, 510,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 11 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1104,20 manat əsas borc, 165,60 manat cərimə, cəmi 1269,80 manat, 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 365,90 manat əsas borc, 54,80 manat cərimə, cəmi 420,70 manat, hər iki müqavilə üzrə cəmi 1470,10 manat əsas, 220,40 manat cərimə, cəmi 1690,50 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “İphone” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 93 manat olmaqla, 1669,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 29 manat olmaqla, 510,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 24 iyul 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 150 manat, 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 28 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 1470,10 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 2204 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 220,40 manat hesablanmışdır. Ona görə də Cavabdeh 24 iyul 2024cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1104,20 manat əsas borc, 165,60 manat cərimə, cəmi 1269,80 manat, 22 avqust 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 365,90 manat əsas borc, 54,80 manat cərimə, cəmi 420,70 manat, hər iki müqavilə üzrə cəmi 1470,10 manat əsas, 220,40 manat cərimə, cəmi 1690,50 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə cəmi 1470,10 manat əsas, 10 manat cərimə, cəmi 1480,10 manat borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 29 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 36,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1470,10 manat əsas, 10 manat cərimə və ödənilmiş 36,90 manat dövlət rüsumu, cəmi 1517 (bir min beş yüz on yeddi) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2707/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2707/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver