Məhkəmə qərarları › İş №e-2(017)-2709/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2709/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2709/2025 20.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən 720,12 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinin rüsumu 23,60 manat, 72,01 manat cərimə, 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, 602,76 manat əsas borc, 60,28 manat cərimə, hər iki faktura və müqavilə üzrə ümumilikdə 1478,77 manat borc və 34,79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 42,09 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 757,62 manat olan İMEİ Kod **********80720 “Samsung Galaxy A16” mobil telefon, “Bosch” ətçəkən, 2 ədəd Vinil şəffaf, Qızıl Zəmanət ultra 1 il xidməti almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 53,39 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 961,02 manat olan “Toshiba” TV, Qızıl Zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh faktura və müqavilə üzrə cəmi 395,76 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh faktura və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən 720,12 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinin rüsumu 23,60 manat, 72,01 manat cərimə, 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, 602,76 manat əsas borc, 60,28 manat cərimə, hər iki faktura və müqavilə üzrə ümumilikdə 1478,77 manat borc və 34,79 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 42,09 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 757,62 manat olan İMEİ Kod **********80720 “Samsung Galaxy A16” mobil telefon, “Bosch” ətçəkən, 2 ədəd Vinil şəffaf, Qızıl Zəmanət ultra 1 il xidməti alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 53,39 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 961,02 manat olan “Toshiba” TV, Qızıl Zəmanət ultra 2 il xidməti alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 31 dekabr 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən 720,12 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinin rüsumu 23,60 manat, 72,01 manat cərimə, 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, 602,76 manat əsas borc, 60,28 manat cərimə, hər iki faktura və müqavilə üzrə ümumilikdə 1478,77 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 42,09 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 757,62 manat olan İMEİ Kod **********80720 “Samsung Galaxy A16” mobil telefon, “Bosch” ətçəkən, 2 ədəd Vinil şəffaf, Qızıl Zəmanət ultra 1 il xidməti almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 53,39 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 961,02 manat olan “Toshiba” TV, Qızıl Zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh faktura və müqavilə üzrə cəmi 395,76 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh faktura və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 30 iyul 2024-cü il tarixli, ********** saylı müqavilənin əlavəsi – 30 iyul 2024-cü il tarixli, ********* saylı fakturaya əsasən 720,12 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinin rüsumu 23,60 manat, 72,01 manat cərimə, 30 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, 602,76 manat əsas borc, 60,28 manat cərimə, hər iki faktura və müqavilə üzrə ümumilikdə 1478,77 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə və faktura üzrə 1322,88 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinin rüsumu 23,60 manat, 10 manat cərimə olmaqla, cəmi 1356,48 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34,79 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,79 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1322,88 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinin rüsumu 23,60 manat, 10 manat cərimə və ödənilmiş 34,79 manat dövlət rüsumu olmaqla, cəmi 1391 (bir min üç yüz doxsan bir) manat 27 (iyirmi yeddi) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar