Məhkəmə qərarları › İş №e-2(017)-2756/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2756/2025

05.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2756/2025 05.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 09:45-ə Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:30-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:45-ə təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmişdir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamı saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçınə qaytarılsın. Qəradaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar