Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-283/2024 22.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən 19,80 manat əsas borc, 1,20 manat cərimə, 21 may 2022-ci il tarixli müqaviləyə əsasən 441,62 əsas borc, 44,38 manat cərimə, 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 651,96 əsas borc, 65,04 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1224 manat borcun və ödənilmiş 32,24 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 23 ay müddətinə hər ay 19,80 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 455,40 manat olan İMEİ KOD **********74862 “Samsung Galaxy A12” markalı mobil telefon almışdır. Bundan başqa 21 may 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 41,69 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 750,42 manat olan “Samsung” tozsoran və “Bosch” ütü almışdır. Bundan başqa 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 25 manat olmaqla 18 ay müddətinə hər ay 36,22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 676,96 manat olan İMEİ KOD **********14062 “X1 11” markalı mobil telefon almışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 769,40 manat ödəniş etmişdir. Cavabdeh 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən 19,80 manat əsas borc, 1,20 manat cərimə, 21 may 2022-ci il tarixli müqaviləyə əsasən 441,62 əsas borc, 44,38 manat cərimə, 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 651,96 əsas borc, 65,04 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1224 manat borcun və ödənilmiş 32,24 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 mart 2021-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 23 ay müddətinə hər ay 19,80 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 455,40 manat olan İMEİ KOD **********74862 “Samsung Galaxy A12” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 21 may 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 41,69 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 750,42 manat olan “Samsung” tozsoran və “Bosch” ütü alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 19 oktyabr 2022-ci il tarixli müqavilədən və əlavəsindən görünür ki, bu müqavilə ilkin ödəniş 25 manat olmaqla 18 ay müddətinə hər ay 36,22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 676,96 manat olan İMEİ KOD **********14062 “X1 11” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 13 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən 19,80 manat əsas borc, 1,20 manat cərimə, 21 may 2022-ci il tarixli müqaviləyə əsasən 441,62 əsas borc, 44,38 manat cərimə, 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 651,96 əsas borc, 65,04 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1224 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 23 ay müddətinə hər ay 19,80 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 455,40 manat olan İMEİ KOD **********74862 “Samsung Galaxy A12” markalı mobil telefon almışdır. Bundan başqa 21 may 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 41,69 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 750,42 manat olan “Samsung” tozsoran və “Bosch” ütü almışdır. Bundan başqa 19 oktyabr 2022ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş 25 manat olmaqla 18 ay müddətinə hər ay 36,22 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 676,96 manat olan İMEİ KOD **********14062 “X1 11” markalı mobil telefon almışdır. Cavabdeh hər üç müqavilə üzrə cəmi 769,40 manat ödəniş etmişdir. Cavabdeh 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən 19,80 manat əsas borc, 1,20 manat cərimə, 21 may 2022-ci il tarixli müqaviləyə əsasən 441,62 əsas borc, 44,38 manat cərimə, 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 651,96 əsas borc, 65,04 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1224 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 10 mart 2021-ci il tarixli müqaviləyə əsasən 19,80 manat əsas borc, 1,20 manat cərimə, 21 may 2022-ci il tarixli müqaviləyə əsasən 441,62 əsas borc, 44,38 manat cərimə, 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 651,96 əsas borc, 65,04 manat cərimə, hər üç müqavilə üzrə ümümilikdə 1224 manat b orcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə 1113,38 manat əsas borc, 20 manat cərimə, cəmi 1133,38 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 14 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 32,24 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,24 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1113,38 manat əsas borc, 20 manat cərimə və ödənilmiş 32,24 manat dövlət rüsumu, cəmi 1165 (bir min bir yüz altmış beş) manat 62 (altmış iki) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-283/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-283/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver