Məhkəmə qərarları › İş №e-2(017)-2997/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2997/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2997/2025 09.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh na qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 22 yanvar 2025-ci il tarixli 13909899 saylı fakturaya əsasən 1730,01 manat borcun, 173 manat cərimə borcunun, 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 28 mart 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 709,74 manat borcun, 70,97 manat cərimə borcunun, 27 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 294,99 manat borcun, 29,50 manat cərimə borcunun, cəmi 3008,21 manat pul borcunun və 50,09 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqaviləyə əsasən cavabdehə 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 22 yanvar 2025-ci il tarixli 13909899 saylı fakturaya əsasən 24 ay müddətinə, hər ay 86,47 manat+0 manat ilkin ödəniş ödəməklə alqı-satqı qiyməti 2075,28 manat məbləğində olan əşya, 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 28 mart 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 18 ay müddətinə, hər ay 39,43 manat+0 manat ilkin ödəniş ödəməklə alqı-satqı qiyməti 709,74 manat məbləğində olan əşya, 27 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, hər ay 76 manat+0 manat ilkin ödəniş etməklə alqı-satqı qiyməti 1368 manat olan əşya kreditlə satılmışdır. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 22 yanvar 2025-ci il tarixli 13909899 saylı fakturaya əsasən 1730,01 manat əsas borcu, 173 manat cərimə borcu, 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 28 mart 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 709,74 manat əsas borcu, 70,97 manat cərimə borcu, 27 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 294,99 manat borcu, 29,50 manat cərimə borcu, cəmi 3008,21 manat pul borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 50,09 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqaviləyə əsasən cavabdehə 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 22 yanvar 2025-ci il tarixli 13909899 saylı fakturaya əsasən 24 ay müddətinə, hər ay 86,47 manat+0 manat ilkin ödəniş ödəməklə alqı-satqı qiyməti 2075,28 manat məbləğində olan əşya, 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 28 mart 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 18 ay müddətinə, hər ay 39,43 manat+0 manat ilkin ödəniş ödəməklə alqı-satqı qiyməti 709,74 manat məbləğində olan əşya, 27 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, hər ay 76 manat+0 manat ilkin ödəniş etməklə alqı-satqı qiyməti 1368 manat olan əşya hissə-hissə ödəmək şərti ilə satılmışdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 50,09 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 22 yanvar 2025-ci il tarixli 13909899 saylı fakturaya əsasən 1730,01 manat əsas kredit borcu, 5 manat cərimə borcu, 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 28 mart 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 709,74 manat əsas kredit borcu, 5 manat cərimə borcu, 27 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 294,99 manat borcu, 5 manat cərimə borcu və 50,09 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 50,09 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47,49 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 22 yanvar 2025-ci il tarixli 13909899 saylı fakturaya əsasən 1730,01 manat əsas kredit borcu, 5 manat cərimə borcu, 22 yanvar 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi- 28 mart 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 709,74 manat əsas kredit borcu, 5 manat cərimə borcu, 27 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 294,99 manat borcu, 5 manat cərimə borcunun və 47,49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar