Məhkəmə qərarları › İş №e-2(017)-310/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-310/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-310/2024 23.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 488 manat əsas, 49 manat cərimə, cəmi 537 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 653 manat olan əşya almışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etmədən, ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə hər ay 55 manat olmaqla, 653 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə 165 manat ödəniş etmiş və qalıq qalmış 488 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə 49 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 488 manat əsas, 49 manat cərimə, cəmi 537 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 may 2022-ci il tarixli, R0043440 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki Cavabdeh 653 manat dəyərində əşya almışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş olmadan, ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə hər ay 55 manat olmaqla, 653 manat alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 30 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 488 manat əsas, 49 manat cərimə, cəmi 537 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavi-lədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mü-hüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 653 manat olan əşya almışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etmədən, ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə hər ay 55 manat olmaqla, 653 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə 165 manat ödəniş etmiş və qalıq qalmış 488 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə 49 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 488 manat əsas, 49 manat cərimə, cəmi 537 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 488 manat əsas, 49 manat cərimə, cəmi 537 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan 49 manat dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 25 may 2022-ci il tarixli, R0043440 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 488 manat əsas, 10 manat cərimə, cəmi 498 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 16 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 488 manat əsas, 10 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 528 (beş yüz iyirmi səkkiz) manat borc pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar