Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-3361/2025 27.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 664,02 manat əsas borc, 66,40 manat cərimə. 31 oktyabr 2024-cü il, tarixli müqaviləyə əsasən, 630,75 manat əsas borc, 63,08 manat cərimə; 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 572,06 manat əsas borc, 57,21 manat cərimə olmaqla, ümumilikdə 2053,51 manat borc və 40,54 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 55,43 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 997,74 manat olan PALTARYUYAN LG, ZƏMANƏT + 2 İL XİDMƏTİ almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2024-cü müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 48,56 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 874,08 manat olan FRİTOZ TEFAL, BATTANİYE, NEVRESİM TAKİMİ, 2 ƏDƏD HAVLU, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 44,12 manat ödəməyi öhdəsinə götürməklə, ümumi 794,16 manat olan ƏTÇƏKƏN MOULİNEX, TAÇ MASTERCOOK MEGA QAZAN DƏSTİ, TOZSORANKARCHER, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 799,15 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 22 oktyabr 2024cü il tarixli müqaviləyə əsasən 664,02 manat əsas borc, 66,40 manat cərimə. 31 oktyabr 2024-cü il, tarixli müqaviləyə əsasən, 630,75 manat əsas borc, 63,08 manat cərimə; 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 572,06 manat əsas borc, 57,21 manat cərimə olmaqla, ümumilikdə 2053,51 manat borc və 40,54 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir İşdə olan 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 55,43 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 997,74 manat olan PALTARYUYAN LG, ZƏMANƏT + 2 İL XİDMƏTİ alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 48,56 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 874,08 manat olan FRİTOZ TEFAL, BATTANİYE, NEVRESİM TAKİMİ, 2 ƏDƏD HAVLU, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 44,12 manat ödəməyi öhdəsinə götürməklə, ümumi 794,16 manat olan ƏTÇƏKƏN MOULİNEX, TAÇ MASTERCOOK MEGA QAZAN DƏSTİ, TOZSORANKARCHER, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 664,02 manat əsas borc, 66,40 manat cərimə. 31 oktyabr 2024-cü il, tarixli müqaviləyə əsasən, 630,75 manat əsas borc, 63,08 manat cərimə; 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 572,06 manat əsas borc, 57,21 manat cərimə olmaqla, ümumilikdə 2053,51 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 55,43 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 997,74 manat olan PALTARYUYAN LG, ZƏMANƏT + 2 İL XİDMƏTİ almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2024-cü müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 48,56 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 874,08 manat olan FRİTOZ TEFAL, BATTANİYE, NEVRESİM TAKİMİ, 2 ƏDƏD HAVLU, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 44,12 manat ödəməyi öhdəsinə götürməklə, ümumi 794,16 manat olan ƏTÇƏKƏN MOULİNEX, TAÇ MASTERCOOK MEGA QAZAN DƏSTİ, TOZSORANKARCHER, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 799,15 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 664,02 manat əsas borc, 66,40 manat cərimə. 31 oktyabr 2024-cü il, tarixli müqaviləyə əsasən, 630,75 manat əsas borc, 63,08 manat cərimə; 31 oktyabr 2024cü il tarixli müqaviləyə əsasən 572,06 manat əsas borc, 57,21 manat cərimə olmaqla, ümumilikdə 2053,51 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə 1866,83 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 1876,83 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 08 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 40,54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,66 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1866,83 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 1876,83 manat pul və ödənilmiş 38,66 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-3361/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-3361/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver