Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-342/2025 14.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyul 2022-ci il tarixli AGK6323393 saylı borc müqaviləsinə əsasən 606 manat, 30 aprel 2023cü il tarixli AGK6476449 saylı borc müqaviləsinə əsasən 780 (yeddi yüz səksən) manat olmaqla ümumilikdə 1386 manat əsas borc, 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1419.86 manat borcun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 20 iyul 2022-ci il və müddəti 15 ay olmaqla 30 aprel 2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1989 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1386 manat əsas borcu qalıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 20 iyul 2022-ci il tarixli AGK6323393 saylı borc müqaviləsinə əsasən 606 manat, 30 aprel 2023-cü il tarixli AGK6476449 saylı borc müqaviləsinə əsasən 780 manat olmaqla ümumilikdə 1386 manat əsas borc, 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1419.86 manat pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 iyul 2022-ci il tarixli AGK6323393 müqavilədən və əlavəsindən görünür ki, cavabdeh iddiaçıdan aldığı əşyaya görə müddəti 24 ay olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 aprel 2023-cü il tarixli AGK6476449 müqavilədən və əlavəsindən görünür ki, cavabdeh iddiaçıdan aldığı əşyaya görə müddəti 15 ay olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 iyul 2022-ci il tarixli AGK6323393 saylı borc müqaviləsinə əsasən 606 manat, 30 aprel 2023-cü il tarixli AGK6476449 saylı borc müqaviləsinə əsasən 780 (yeddi yüz səksən) manat olmaqla ümumilikdə 1386 manat əsas borc, 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1419.86 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 20 iyul 2022-ci il və müddəti 15 ay olmaqla 30 aprel 2023-cü il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1989 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1386 manat əsas borcu qalıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 20 iyul 2022-ci il tarixli AGK6323393 saylı borc müqaviləsinə əsasən 606 manat, 30 aprel 2023-cü il tarixli AGK6476449 saylı borc müqaviləsinə əsasən 780 manat olmaqla ümumilikdə 1386 manat əsas borc, 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1419.86 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20 iyul 2022-ci il tarixli AGK6323393 saylı borc müqaviləsinə əsasən 606 manat, 30 aprel 2023-cü il tarixli AGK6476449 saylı borc müqaviləsinə əsasən 780 manat olmaqla ümumilikdə 1386 manat əsas borc, 33.86 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1419.86 manat borc pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 21 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 33,86 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 iyul 2022-ci il tarixli AGK6323393 saylı borc müqaviləsinə əsasən 606 manat, 30 aprel 2023-cü il tarixli AGK6476449 saylı borc müqaviləsinə əsasən 780 manat olmaqla ümumilikdə 1386 manat əsas borc, 33,86 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1419 (bir min dörd yüz on doqquz) manat 86 (səksən altı) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-342/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-342/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver