Məhkəmə qərarları › İş №e-2(017)-535/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-535/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-535/2024 13.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 30 mart 2023-cü il tarixli müqaviləyə əsasən 3729,74 manat borcun, 372,26 manat cərimə borcunun, cəmi 4102 manat pul borcunun və 61,02 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 30 mart 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 242,93 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 4372,74 manat məbləğində İPHONE 14 markalı telefon, APPLE ADAPTER və 2 ədəd VİNİL MAT satılmışdır. Lakin, Cavabdeh borcunu ödəməkdən yayınmış, beləliklə 30 mart 2023-cü il tarixli müqaviləyə əsasən 3729,74 manat əsas borcu, 372,26 manat cərimə borcu, cəmi 4102 manat pul borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 61,02 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında 30 mart 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 242,93 manat + 0 manat ilkin ödəniş etməklə alqı-satqı qiyməti 4372,74 manat məbləğində olan İPHONE 14 markalı telefon, APPLE ADAPTER, 2 ədəd VİNİL MAT satılmışdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 61,02 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 30 mart 2023-cü il tarixli müqaviləyə əsasən 3729,74 manat əsas borcu, 15 manat cərimə borcu və 61,02 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 61,02 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 mart 2023-cü il tarixli müqaviləyə əsasən 3729,74 manat əsas borcu, 15 manat cərimə borcu və 61,02 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov Azяrbaycan Respublikasы Ağcabədi Rайон Mяhkяmяsi Почт индекси 0403, Ağcabədi шящяри Тел: (021) 275-18-80 Ü.Hacıbəyli prospekti №153 Faks: (021) 275-18-80 www. ъонтаът@aghjabadiъоурт.эов.аз № 2(017)-320/2024 “ ____” iyul 2024-cü il Bakı şəhəri Yasamal rayonu Moskva pr 73 A-da yerləşən iddiaçı "xxxx" MMC-yə ünvan 1i ünvanında yaşayan Cavabdeh Ağcabədi Rayon Məhkəməsi hakiminin 12 mart2024-cü il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 01 vərəqə. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzomov İş № 2(017)-535/2024 MƏHKƏMƏİCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 13 mart 2024-cü il Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açıb baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatına iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi daxil olmuşdur. İş üzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehə göndərilmişdir. Həmin ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalıdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirərək qətnaməni elan edir. Sədrlik edən məhkəmə iclasını saat 15:25-də bağlı elan edir. Məhkəmə iclasının protokolu 13 mart 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: İclas katibi: İCRAVƏRƏQƏSİ AĞCABƏDİRAYONMƏHKƏMƏSİ İş №2(017)-320/2024 12 mart2024-cü il İddiaçı "xxxx" MMC-nin cavabdehlər X1 qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin binasında baxaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 mart 2023-ci il tarixli müqaviləyə əsasən 3729,74 manat əsas borcu, 10 manat cərimə borcu və 0 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu madəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İddiaçının soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi; "xxxx" MMC – Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 73 A Cavabdehin soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi X2 -xx.xx.1974-cü il, Ağcabədi şəhəri, Babək küçəsi ev 12 AZE 096614960 İcra vərəqəsi “____” may 2024-cü il tarixdə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov Azяrbaycan Respublikasы Ağcabədi Rайон Mяhkяmяsi Почт индекси 0403, Ağcabədi шящяри Тел: (021) 275-18-80 Ü.Hacıbəyli prospekti №153 Faks: (021) 275-18-80 www. ъонтаът@aghjabadiъоурт.эов.аз № 2(017)-1372,269/2024 “_____” may 2024-cü il Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Faiq Mustafayevə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 12 mart2024-cü il tarixli, 2(017)-1372,269/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra sənədi «01» vərəqə; Məhkəmənin sədri Sulduz Ləzimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar