Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-541/2025 14.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 153,78 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas borcun və ödənişi gecikdirdiyi hər gün üçün borcun 1 % həcmində 38 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 191,78 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 558 ABŞ dolları olan “Apple İphone XS 256 GB” markalı bir ədəd mobil telefonu satmışdır. Cavabdehlə iddiaçı arasında müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq xx.xx.2023-cü il tarixdə 46,98 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 45,98 ABŞ dolları xx.xx.2023-cü il tarixdə 46,98 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 44,98 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 99,34 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 46,61 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 27,14 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 36,37 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 9,84 ABŞ dolları məbləğində ödəniş etmişdir. Lakin Cavabdeh qalan borcunu ödəməkdən boyun qaçırmış və onun 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 153,78 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas borcun və ödənişi gecikdirdiyi hər gün üçün borcun 1 % həcmində 38 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 191,78 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) borcu qalmışdır. Ona görə də göstərilənləri nəzərə alaraq Cavabdeh ilə 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 153,78 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas borcun və ödənişi gecikdirdiyi hər gün üçün borcun 1 % həcmində 38 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 191,78 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə bağlanmış 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 558 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan “Apple İphone XS 256 GB” markalı bir ədəd mobil telefonu satmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 153,78 ABŞ dolları əsas borc, məcmu borcun 1% həcmində 38 ABŞ dolları, cəmi 191,78 ABŞ dolları borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi Cavabdeh ilə bağlanmış 17 iyul 2023-cü il tarixdə bağlannış VİP 18874 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 558 ABŞ dolları olan “Apple İphone XS 256 GB” markalı bir ədəd mobil telefonu satmışdır. Cavabdehlə iddiaçı arasında müqavilə bağlandıqdan sonra cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və onun ödənilməmiş 153,78 ABŞ dolları əsas borcu və ödənişi gecikdirdiyi hər gün üçün borcun 1 % həcmində 38 ABŞ dolları, cəmi 191,78 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 153,78 ABŞ dolları əsas borc, ödənişi gecikdirdiyi hər gün üçün borcun 1% həcmində 38 ABŞ dolları, cəmi 191,78 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçınə verilməlidir. İşdə olan 25 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 153,78 ABŞ dolları əsas borc, ödənişi gecikdirdiyi hər gün üçün borcun 1% həcmində 38 ABŞ dolları, cəmi 191 (bir yüz doxsan bir) ABŞ dolları 78 (yetmiş səkkiz) sent icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-541/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-541/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver