Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-648/2024 02.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qızına qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh qızından xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 162,4 manat əsas borcun, 24,3 manat cərimə borcunun, cəmi 186,7 manat borcun və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 559,9 manat əsas borcun, 83,9 manat cərimə borcunun, cəmi 643,8 manat borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 599,4 manat əsas borcun, 89,9 manat cərimə borcunun, cəmi 689,3 manat borcunun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 64,9 manat əsas borcun, 9,7 manat cərimə borcunun, cəmi 74,6 manat borcunun, ümumilikdə beş müqavilə üzrə 1946 manat əsas, 291,7 manat cərimə borcu, 2237,7 manat cəmi borcun və 42,7 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə, hər ay 15 manat olmaqla dəyəri 399,90 manat məbləğində “XM” markalı ülgüc kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə, hər ay 40 manat olmaqla dəyəri 599,90 manat məbləğində “Honor” markalı telefon kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə, hər ay 40 manat olmaqla dəyəri 599,90 manat məbləğində “Honor” markalı telefon kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə, hər ay 50 manat olmaqla dəyəri 749,40 manat məbləğində “Honor” markalı telefon kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə, hər ay 67 manat olmaqla dəyəri 399,90 manat məbləğində “XM” markalı ülgüc kredit verilmişdir.Lakin, Cavabdeh qızı kredit borcunu ödəməkdən yayınmış, beləliklə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 162,4 manat əsas borcu, 24,3 manat cərimə borcu, cəmi 186,7 manat borcu və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 559,9 manat əsas borcu, 83,9 manat cərimə borcu, cəmi 643,8 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqısatqı müqaviləsi üzrə 599,4 manat əsas borcun, 89,9 manat cərimə borcu, cəmi 689,3 manat borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 64,9 manat əsas borcu, 9,7 manat cərimə borcu, cəmi 74,6 manat borcu, ümumilikdə beş müqavilə üzrə 1946 manat əsas borcu, 291,7 manat cərimə borcu, 2237,7 manat cəmi borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 42,7 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 162,4 manat əsas borcunun, 5 manat cərimə borcunun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 559,4 manat əsas borcunun, 10 manat cərimə borcunun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 599,4 manat əsas borcunun, 10 manat cərimə borcunun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 64,9 manat əsas borcunun, 5 manat cərimə borcunun, ümumilikdə beş müqavilə üzrə 1946 manat əsas borcunun, 40 manat cərimə borcunun, 1986 manat cəmi borcun və 39,86 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 744-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 744-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 744-1, 744-5 və 744-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qızından xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 162,4 manat əsas borcun, 5 manat cərimə borcunun, xx.xx.2023cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 559,4 manat əsas borcun, 10 manat cərimə borcunun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 599,4 manat əsas borcun, 10 manat cərimə borcunun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 64,9 manat əsas borcun, 5 manat cərimə borcunun, ümumilikdə beş müqavilə üzrə 1946 manat əsas borc, 40 manat cərimə borcu, 1986 manat cəmi borcun və 39,86 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-648/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-648/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver