Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-650/2024 29.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Musdafayev Sənan Tahir oğluna qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Musdafayev Sənan Tahir oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 25 manat əsas borc, 3,70 manat cərimə, cəmi 28,70 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqısatqı müqaviləsi üzrə 208,10 manat əsas borc, 31,20 manat cərimə, cəmi 239,60 manat, hər iki müqavilə üzrə cəmi 233,40 manat əsas, 34,90 manat cərimə, cəmi 268,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Musdafayev Sənan Tahir oğlu arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 16 manat olmaqla, 285,08 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Musdafayev Sənan Tahir oğlu arasında bağlanmış 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay müddətinə hər ay 31 manat olmaqla, cəmi 549,40 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Musdafayev Sənan Tahir oğlu 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqavilə üzrə sonuncu dəfə 11.02.2023-cü il tarixdə 32 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqısatqı müqavilə üzrə 11.02.2023-cü il tarixdə 61 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 233,40 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 349 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 34,90 manat hesablanmışdır. Ona görə də cavabdeh Musdafayev Sənan Tahir oğlundan 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 25 manat əsas borc, 3,70 manat cərimə, cəmi 28,70 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqısatqı müqaviləsi üzrə 208,10 manat əsas borc, 31,20 manat cərimə, cəmi 239,60 manat, hər iki müqavilə üzrə cəmi 233,40 manat əsas, 34,90 manat cərimə, cəmi 268,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Xiaomi” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 16 manat olmaqla, 285,08 manat alınması ilə əlaqədar iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Musdafayev Sənan Tahir oğlu arasında müqavilə bağlanmışdır. İşdə olan 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay müddətinə hər ay 31 manat olmaqla, cəmi 549,40 manat alınması ilə əlaqədar iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Musdafayev Sənan Tahir oğlu arasında müqavilə bağlanmışdır. İşdə olan 15 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Musdafayev Sənan Tahir oğlunun 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 25 manat əsas borc, 3,70 manat cərimə, cəmi 28,70 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 208,10 manat əsas borc, 31,20 manat cərimə, cəmi 239,60 manat, hər iki müqavilə üzrə cəmi 233,40 manat əsas, 34,90 manat cərimə, cəmi 268,30 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Musdafayev Sənan Tahir oğlu arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona və aksessuara görə 18 ay müddətinə hər ay 16 manat olmaqla, 285,08 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Musdafayev Sənan Tahir oğlu arasında bağlanmış 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay müddətinə hər ay 31 manat olmaqla, cəmi 549,40 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Musdafayev Sənan Tahir oğlu 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqavilə üzrə sonuncu dəfə 11.02.2023-cü il tarixdə 32 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqısatqı müqavilə üzrə 11.02.2023-cü il tarixdə 61 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 233,40 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 349 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 34,90 manat hesablanmışdır. Ona görə də cavabdeh Musdafayev Sənan Tahir oğlundan 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 25 manat əsas borc, 3,70 manat cərimə, cəmi 28,70 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqısatqı müqaviləsi üzrə 208,10 manat əsas borc, 31,20 manat cərimə, cəmi 239,60 manat, hər iki müqavilə üzrə cəmi 233,40 manat əsas, 34,90 manat cərimə, cəmi 268,30 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Musdafayev Sənan Tahir oğlundan 07 oktyabr 2021-ci il tarixli, 01091905 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 25 manat əsas borc, 3,70 manat cərimə, cəmi 28,70 manat, 27 fevral 2022-ci il tarixli, 011037534 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 208,10 manat əsas borc, 31,20 manat cərimə, cəmi 239,60 manat, hər iki müqavilə üzrə cəmi 233,40 manat əsas, 34,90 manat cərimə, cəmi 268,30 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Musdafayev Sənan Tahir oğlundan hər iki müqavilə üzrə cəmi 233,40 manat əsas, 10 manat cərimə, cəmi 243,40 manat borc pul alınaraq iddiaçı «İrşad- Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 15 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, «İrşad- Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Musdafayev Sənan Tahir oğlundan 233,40 manat əsas, 10 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 273 (iki yüz yetmiş üç) manat 40 (qırx) qəpik pul alınaraq iddiaçı «İrşad-Elektronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-650/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-650/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver