Məhkəmə qərarları › İş №e-2(017)-709/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-709/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-709/2024 03.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 440 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 24 iyun 2022-ci il tarixdə Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “HONDA ACCORD” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “TOYOTA PRİUS” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənlərə cəmi 1420 manat sığorta ödənişi edilmişdir və cavabdeh həmin puldan 980 manat pulu ödəsə də qalıq qalmış 440 manat pulu ödəməkdən yayınmışdır. “HONDA ACCORD” markalı **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. Ona görə də, Cavabdeh 440 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli aktdan görünür ki, “HONDA ACCORD” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 1420 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən plastik karta köçürülmüşdür. İş materiallarında olan 02 iyul 2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “TOYOTA PRİUS” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1420 manat məbləğində ziyan dəymişdir Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən edilmişdir ki, 24 iyun 2022-ci il tarixdə Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus “HONDA ACCORD” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “TOYOTA PRİUS” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənlərə cəmi 1420 manat sığorta ödənişi edilmişdir və cavabdeh həmin puldan 980 manat pulu ödəsə də qalıq qalmış 440 manat pulu ödəməkdən yayınmışdır. “HONDA ACCORD” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 440 manat vurulmuş zərər alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 17 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 440 manat vurulmuş zərər və 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci, cəmi 470 (dörd yüz yetmiş) manat, 40 (qırx) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar