Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-780/2024 24.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1065 manat sığorta ödənişinin və 31,05 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 22 iyun 2021-ci il tarixdə 15:31,05 radələrində Bakı şəhəri, Moskva prospekti ərazisində Cavabdeh idarə etdiyi “Mersedes Benz E350” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh idarə etdiyi “Subaru XV” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Subaru XV” minik markalı, **-MA-*** ziyan dəymiş və zərərçəkənlərə cəmi 1065 manat sığorta ödənişi edilmişdir. Ona görə də, Cavabdeh 1065 manat sığorta ödənişinin və 31,05 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 18 yanvar 2024-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1065 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən plastik karta köçürülmüşdür. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Subaru XV” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1065manat məbləğində ziyan dəymişdir Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən edilmişdir ki, 22 iyun 2021-ci il tarixdə 15:31,05 radələrində Bakı şəhəri, Moskva prospekti ərazisində Cavabdeh idarə etdiyi “Mersedes Benz E350” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh idarə etdiyi “Subaru XV” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir .Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənlərə cəmi 1065 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1065 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 07 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31,05 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,05 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1065 manat sığorta ödənişi və 31,05 manat dövlət rüsumu, cəmi 1096,05 manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-780/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-780/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver