Məhkəmə qərarları › İş №e-2(017)-921/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-921/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-921/2025 03.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 01 aprel 2024-cü tarixli müqaviləyə əsasən 479,5 manat ödənilməmiş hissə, 143,85 cərimə borcunun, 19 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 388,8 manat ödənilməmiş hissə, 116,64 manat cərimə borcu 23,6 manat İnnovativ Layihələr Mərkəzinə rüsum, 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən 357,3 manat ödənilməmiş hissə, 107,19 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə rüsum, 23 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 41,8 manat ödənilməmiş hissə, 12,54 manat cərimə borcu, cəmi 1694,82 manat pul borcunun və 36,95 manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 01 aprel 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 28,4 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 511,2 manat məbləğində əşya satılmış, 19 yanvar 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 29,81 manat ilkin ödəniş olmaqla alqısatqı qiyməti 642.12 manat məbləğində əşya, 29 mart 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 29,81 manat + 89,1 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 536,58 manat məbləğində əşya satılmışdır. Lakin, Cavabdeh borcunu ödəməkdən yayınmış, beləliklə 01 aprel 2024cü il tarixli müqaviləyə əsasən 479,5 manat əsas borcu, 143,85 cərimə borcu, 19 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 388,8 manat əsas borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 116,64 cərimə borcu, 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən 357,3 manat ödənilməmiş hissə, 107,19 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 23 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 41,8 manat əsas borcu, 12,54 manat cərimə borcu, cəmi 1694.82 manat pul borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 36,95 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında 01 aprel 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 28,4 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 511,2 manat məbləğində əşya satılmış, 19 yanvar 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 29,81 manat + 0 manat ilkin ödəniş olmaqla alqısatqı qiyməti 642.12 manat məbləğində əşya satılmış, 29 mart 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 29,81 manat + 89,1 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 536,58 manat məbləğində əşya satılmışdır və 23 yanvar 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə hər ay 6,33 manat + 0 manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 75,96 manat məbləğində əşya satılmışdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 01 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 479,5 manat əsas borcu, 5 manat cərimə borcu, 19 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 388,8 manat əsas borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 5 manat cərimə borcu və 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən 357,3 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu və 23 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 41,8 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu 33,29 ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33,29 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 aprel 2024-cü il tarixli müqaviləyə əsasən 479,5 manat əsas borcu, 5 manat cərimə borcu, 19 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 388,8 manat əsas borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 5 manat cərimə borcu və 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən 357,3 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu, 23 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 41,8 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu və 33,29 ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar