Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-931/2024 23.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4700 manat sığorta ödənişinin və 67 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 26 iyul 2017-ci il tarixli, PAZ**********№li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən VAZ-21154 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Mingəçevir-Bəhrəmtəpə yolunun 121-ci km ərazisində **-BG-*** dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur və Qazax rayonu, Ağköynək kəndində yaşayan X3 avtomobil ilə vuraraq az ağır zərər yetirmişdir. Baş vermiş hadisə ilə bağlı X5 yolunun 121-ci kv DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.2-ci və 332.4-cü maddədələri ilə xx.xx.2018-ci il tarixli protokol yazılmışdır. VAZ 21150 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinə dəymiş zərərlə bağlı 3200 (üç min iki yüz) manat ödənişi verilmişdir. X1 dəymiş ziyanla bağlı 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Ona görə də, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul vəsaitinin və 67 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan aktdan görünür ki, PAZ********** nömrəli müqaviləyə əsasən VAZ 21154 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən siğortalanmışdır. İş materiallarında olan 03 sentyabr 2018-ci il tarixli,1939 saylı avtonəqliyyat vasitələrinin texniki ekspertizasının ekspert rəyinə əsasən VAZ 21150 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3200 manat zərər vurulmuşdur. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3700 manat avtomobilin ehtiyyat hissələrinə dəymiş zərər məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən X2 hesabına köçürülmüşdür. İş materiallarında olan 12 sentyabr 2018-ci il tarixli AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının ekspert rəyinə əsasən X1 Az Ağır zərər vurulmuşdur. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3880/FY/CML-2915/2018-1 saylı sığorta aktına əsasən 1500 manat məbləğində şəxsin sağlamlığına dəymiş zərər məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən X2 hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə edilən VAZ- 21154 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Mingəçevir-Bəhrəmtəpə yolunun 121-ci km ərazisində Qazax rayonu, Ağköynək kəndində yaşayan X4 məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı VAZ 21150 markalı avtomobili ilə toqquşmuşdur və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənə cəmi 4700 manat sığorta ödənişi edilmişdir. Cavabdeh həmin ödənişdən ödəməkdən yayınmışdır. PAZ********** nömrəli sığorta müqaviləsinə əsasən VAZ 21154 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən siğortalanmışdır. İşdə olan 08 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4700 manat sığorta ödənişi və 67 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 67 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4700 manat sığorta ödənişi və 67 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-931/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-931/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver