Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1002/2025 17.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə yaranmış 497 (dörd yüz doxsan yeddi) manat 9 (doqquz) qəpik əsas borc, 74 (yetmiş dörd) manat 60 ( altmış) qəpik cərimə borcu olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) manat 50 (əlli) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə hər ay 46 (qırx altı) manat ödəmək şərtilə, ümumi dəyəri 819 (səkkiz yüz on doqquz) manat 90 (doxsa) qəpik olan “Honor markalı mobil telefon, iki ədəd aksessuar” məhsulları Cavabdeh verilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 42 (qırx iki) manat ödəniş etmişdir. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Gecikdirilmiş günlərə görə 746 ( yeddi yüz qırx altı) manat cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş, nəticədə cavabdeh tərəfindən 74 (yetmiş dörd) manat 60 ( altmış) qəpik cərimə məbləği ödənilməlidir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında 497 (dörd yüz doxsan yeddi) manat 9 (doqquz) qəpik əsas borc, 74 (yetmiş dörd) manat 60 ( altmış) qəpik cərimə məbləği olmaqla, cəmi 572 (beş yüz yetmiş iki) manat 50 (əlli) qəpik məbləğ borcu yaranmışdır. xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 497,9 AZN əsas 74,6 AZN cərimə ümumilikdə 572,5 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-ci ildə Astara rayonu, Qapçiməhəllə kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 74007711 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilə əsasında Cavabdeh 18 ay müddətinə hər ay 46 (qırx altı) manat ödəmək şərtilə, ümumi dəyəri 819 (səkkiz yüz on doqquz) manat 90 (doxsa) qəpik olan “Honor markalı mobil telefon, iki ədəd, aksessuar” məhsulları cavabdehə verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 497 (dörd yüz doxsan yeddi) manat 9 (doqquz) qəpik əsas borc, 74 (yetmiş dörd) manat 60 ( altmış) qəpik cərimə olmaqla, ümumilikdə 572 (beş yüz yetmiş iki) manat 50 (əlli) qəpik yaranmışdır. Mülki işə əlavə edilmiş xəbərdarlıq kağızından görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun yaranmış borc məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 74 (yetmiş dörd) manat 60 ( altmış) qəpik cərimə pulu azaldılaraq 3 (üç) manat 60 (altmış) həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək 497 (dörd yüz doxsan yeddi) manat 9 (doqquz) qəpik əsas borc, 3 (üç) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 497 (dörd yüz doxsan yeddi) manat 9 (doqquz) qəpik əsas borc, 03 (üç) manat 60 (altmış) qəpik cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1002/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1002/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver