Məhkəmə qərarları › İş №e-2(018)-1025/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1025/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1025/2025 23.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 140 (yüz qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bildiririk ki, xx.xx.2022-ci il saat 10:58 radələrində Bakı şəhəri, Kənar Dairəvi yolu ərazisində Cavabdeh idarə etdiyi və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Renault Symbol” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddizərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5020828 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Renault Symbol” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 140,00 (bir yüz qırx) manat maddizərər dəymişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA110415/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 140,00 (bir yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir odur ki, Cavabdeh 140,00 (bir yüz qırx) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında gösdərilmişdir ki,”RENAULT SYMBOL” markalı,**-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobile vurulmuş maddi zərər 140 (yüz qırx) manat təşkil edir. Bunun əlaqədər olaraq,”Xalq Sığorta” ASC iş üzrə PXA********** sğorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 140 (yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirlişdir.Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün hesab edirəm ki, iddia təmin olunmalı, Cavabdeh 140 (yüz qırx) manat manat məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat manat məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdim: İddia təmin edilsin. Cavabdeh 140 (yüz qırx) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məmmədov İlqar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar