Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1107/2023 14.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru NümayəndəX iddia verərək:
1. 20 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********89646 Samsung Galaxy A 12 markalı telefon üçün 190 (bir yüz doxsan) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat, 20 (iyirmi) qəpik cərimə;
2. 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********99485 X1 11 markalı telefon üçün 632 (altı yüz otuz iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, ümumilikdə 905 (doqquz yüz beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümükün hesab etdi. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 20 iyul 2021-ci il tarixli və 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********89646 Samsung Galaxy A 12 markalı telefon və İmei Kodu **********99485 X1 11 markalı telefon almış və nəticədə 905 (doqquz yüz beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 631 (altı yüz otuz bir) manat, 80 (səksən) qəpik İmei Kodu **********89646 Samsung Galaxy A 12 markalı telefon markalı telefon üçün ümumilikdə 210 (iki yüz on) manat olmaqla, ondan 190 (bir yüz doxsan) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 19 (on doqquz) manat, 20 (iyirmi) qəpik cərimə; 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat İmei Kodu **********99485 X1 11 markalı telefon üçün ümumilikdə 695 (altı yüz doxsan beş) manat olmaqla, ondan 632 (altı yüz otuz iki) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 63 (altmış üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 541 (beş yüz qırx bir) manat təşkil edir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20 iyul 2021-ci il tarixli, 23231763 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********89646 Samsung Galaxy A 12 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 20 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 190 (bir yüz doxsan) manat, 80 (səksən) qəpik əsas, cərimə 19 (on doqquz) manat, 20 (iyirmi) qəpik, 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən 632 (altı yüz otuz iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, cəmi 905 (doqquz yüz beş) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 20 iyul 2021-ci il tarixli, 23000915 nömrəli və 16 aprel 2022-ci il tarixli, 23002515 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 16 aprel 2022-ci il tarixli müqaviləsindən irəli gələn borc hissəsi təmin edilməməlidir. Belə ki, 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********99485 X1 11 markalı telefon üçün 632 (altı yüz otuz iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə borcunun ödənilməsini cavabdehdən tələb etsə də, 16 aprel 2022-ci il tarixli müqaviləsini iş materiallarına əlavə etməmişdir. Buna görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 20 iyul 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 19 (on doqquz) manat, 20 (iyirmi) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 20 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən 190 (bir yüz doxsan) manat, 80 (səksən) qəpik ödənilməmiş hissə, 05 (beş) manat cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 20 iyul 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 14 (on dörd) manat, 20 (iyirmi) qəpik hissəsində, 16 aprel 2022-ci il tarixli müqaviləsi üzrə 632 (altı yüz otuz iki) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.