Məhkəmə qərarları › İş №e-2(018)-1109/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1109/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1109/2023 09.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh 212 (iki yüz on iki) manat əsas borc məbləği, 21 (iyirmi bir) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 263 (iki yüz altmış üç) manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış R0040547 saylı 01 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 537 (beş yüz otuz yeddi) manat olan Samsung A135 128 DS (İMEİ kodu **********15855) markalı əşyanı hər ay 45 (qırx beş) manat ödəmək şərti ilə öhtəsinə götürmüşdür. Cavabdeh həmin nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür. Lakin, Cavabdeh ödənişlər etməmiş və nəticədə onun 212 (iki yüz on iki) manat əsas borc, 21 (iyirmi bir) manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin qismən olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 may 2022-ci il tarixli, R0040547 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh hər ay 45 (qırx beş) manat ödəmək şərti ilə dəyəri 537 (beş yüz otuz yeddi) manat dəyərində Samsung A135 128 DS markalı əşyanı İddiaçı MMC-dən almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın 01 may 2022ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 212 (iki yüz on iki) manat əsas borc, 21 (iyirmi bir) manat cərimə borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 21 (iyirmi bir) manat məbləğində dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 212 (iki yüz on iki) manat əsas borc, 3 (üç) manat cərimə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia cərimə ilə bağlı 18 (on səkkiz) manat hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar