Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1117/2023 14.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar qızınun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Nümayəndə iddia verərək:
1. 01 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********30002 Samsung Galaxy A22 markalı telefon üçün 255 (iki yüz əlli beş) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat, 48 (qırx səkkiz) qəpik cərimə;
2. 20 mart 2022-ci il tarixli müqaviləsinə əsasən X1 10S markalı telefon üçün 548 (beş yüz qırx səkkiz) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat, 40 (qırx) qəpik cərimə, ümumilikdə 884 (səkkiz səksən dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 01 oktyabr 2021-ci il tarixli və 20 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********30002 Samsung Galaxy A22 markalı telefon və X1 10S markalı telefon üçün almış, nəticədə 884 (səkkiz səksən dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat, 92 (doxsan iki) qəpik İmei kodu **********30002 Samsung Galaxy A22 üçün ümumilikdə 281 (iki yüz səksən bir) manat olmaqla, ondan 255 (iki yüz əlli beş) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 25 (iyirmi beş) manat, 48 (qırx səkkiz) qəpik cərimə; 20 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 779 (yeddi yüz yetmiş doqquz) manat, 60 (altmış) qəpik X1 10S markalı telefon üçün üçün ümumilikdə 603 (altı yüz üç) manat olmaqla, ondan 548 (beş yüz qırx səkkiz) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 54 (əlli dörd) manat, 40 (qırx) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 600 (altı yüz ) manat, 40 (qırx) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********30002 Samsung Galaxy A22 almışdır. İş materiallarına əlavə olunmuş 20 mart 2022-ci il tarixli, 04261453 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən X1 10S markalı telefon üçün almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 01 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə İmei kodu **********30002 Samsung Galaxy A22 markalı telefon üçün 255 (iki yüz əlli beş) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat, 48 (qırx səkkiz) qəpik cərimə, 20 mart 2022-ci il tarixli müqaviləsinə əsasən X1 10S markalı telefon üçün 548 (beş yüz qırx səkkiz) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat, 40 (qırx) qəpik cərimə, ümumilikdə 884 (səkkiz səksən dörd) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 01 oktyabr 2021-ci il tarixli ******* nömrəli və 20 mart 2022-ci il tarixli, 04261453 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 01 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 25 (iyirmi beş) manat, 48 (qırx səkkiz) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində, 20 mart 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 54 (əlli dörd) manat, 40 (qırx) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 01 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 255 (iki yüz əlli beş) manat, 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 20 mart 2022-ci i il tarixli müqaviləyə əsasən 548 (beş yüz qırx səkkiz) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov