Məhkəmə qərarları › İş №e-2(018)-1137/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1137/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1137/2024 08.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 716 (yeddi yüz on altı) manat 22 (iyirmi iki) qəpik ödənilməmiş hissə, 71 (yetmiş bir) manat 78 (yetmiş səkkiz) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 576 (beş yüz yetmiş altı) manat 94 (doxsan dörd) qəpik ödənilməmiş hissə, 57 (əlli yeddi) manat 06 (altı) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 37 (otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 364 (üç yüz altmış dörd) manat 08 (səkkiz) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) manat 92 (doxsan iki) qəpik cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) manat 44 (qırx dörd) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat 44 (qırx dörd) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 165 (yüz altmış beş) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 32 (otuz iki) qəpik cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 116 (yüz on altı) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat 40 (qırx) qəpik cərimə pulu olmaqla, ümumilikdə 3212 (üç min iki yüz on iki) manat borc və ödənilmiş 52 (əlli iki) manat 12 (on iki) qəpik məbləğində dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il il tarixlərindəki müqavilələrə əsasən, “İmei kod **********47235 Huaweı Nova9se” markalı telefon, “İmei kod **********18337 Realme 9ı” markalı telefon, “İmei kod **********83566 Xıaomı Redmı 10” markalı telefon, “Ventilyator Stadlerh, X5, X2 Aparat Total, Termopot Hoffmann”, “İmei Kod **********63714 Xıaomı Poco M3 Pro 5g” markalı telefon almış və nəticədə 3212 (üç min iki yüz on iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1019.92 (min on doqquz manat doxsan iki qəpik) manat (12 ay x 71.66 manat + 160 manat ilkin ödəniş) olan “İmei kod **********47235 Huaweı Nova9se” markalı telefon üçün 788 (yeddi yüz səksən səkkiz) manat olmaqla ondan, 716.22 (yeddi yüz on altı manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 71.78 (yetmiş bir manat yetmiş səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 798.84 (yeddi üyz doxsan səkkiz manat səksən dörd qəpik) manat (18 ay x 44.38 manat + 0 manat ilkin ödəniş) olan “İmei kod **********18337 Realme 9İ” markalı telefon üçün 634 (altı yüz otuz dörd) manat olmaqla ondan 576.94 (beş yüz yetmiş altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 57.06 (əlli yeddi manat altı qəpik) manat cərimə pulu; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 763.02 (yeddi yüz altmış üç manat iki qəpik) manat (18 ay x 42.39 manat + 0 manat ilkin ödəniş) olan “İmei kod **********83566 Xıaomı Redmı 10” markalı telefon üçün 417 (dörd yüz on yeddi) manat olmaqla ondan 379.12 (üç yüz yetmiş doqquz maant on iki qəpik) manat ödənilməmiş hissə, 37.88 (otuz yeddi manat səskən səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 364.08 (üç yüz altmış dörd manat səkkiz qəpik) manat (24 ay x 15.17 manat + 0 manat ilkin ödəniş) olan “Ventilyator Stadler” üçün 401 (dörd yüz bir) manat olmaqla ondan 364.08 (üç yüz altmış dörd manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 36.92 (Otuz altı manat doxsan iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650.16 (altı yüz əlli manat on altı qəpik) manat (18 ay x 36.12 manat + 0 manat ilkin ödəniş) olan “X4” üçün 397 (üç yüz doxsan yeddi) manat olmaqla ondan 360.56 (üç yüz altmış manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 36.44 (otuz altı manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 309.96 (üç yüz doqquz manat doxsan altı qəpik) manat (18 ay x 17.22 manat + 0 manat ilkin ödəniş) olan “X2 Aparat Total” üçün 265 (iki yüz altmış beş) manat olmaqla ondan 240.56 (iki yüz qırx manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 24.44 (iyirmi dörd manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 229.68 (iki yüz iyirmi doqquz manat altmış səkkiz qəpik) manat (18 ay x 12.76 manat + 0 manat ilkin ödəniş) olan “Termopot Hoffmann” üçün 182 (yüz səksən iki) manat olmaqla ondan 165.68 (yüz altmış beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 16.32 (on altı manat otuz iki qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 763 (yeddi yüz altmış üç) manat (18 ay x 41 manat + 25 manat ilkin ödəniş) olan “İmei kod **********63714 Xıaomı Poco M3 Pro 5g” markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat olmaqla ondan 116.4 (yüz on ltı manat qırx qəpik) manat ödənilməmiş hissə, 11.4 (on bir manat qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2021-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1978.9 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci i, xx.xx.2021-ci l il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “İmei kod **********47235 Huaweı Nova9se” markalı telefon üçün 716.22 (yeddi yüz on altı manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 71.78 (yetmiş bir manat yetmiş səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “İmei kod **********18337 Realme 9İ” markalı telefon üçün 576.94 (beş yüz yetmiş altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 57.06 (əlli yeddi manat altı qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “İmei kod **********83566 Xıaomı Redmı 10” markalı telefon üçün 379.12 (üç yüz yetmiş doqquz maant on iki qəpik) manat ödənilməmiş hissə, 37.88 (otuz yeddi manat səskən səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Ventilyator Stadler” üçün 364.08 (üç yüz altmış dörd manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 36.92 (Otuz altı manat doxsan iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “X4” üçün 360.56 (üç yüz altmış manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 36.44 (otuz altı manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “X2 Aparat Total” üçün 240.56 (iki yüz qırx manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 24.44 (iyirmi dörd manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Termopot Hoffmann” üçün 165.68 (yüz altmış beş manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 16.32 (on altı manat otuz iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “İmei kod **********63714 Xıaomı Poco M3 Pro 5g” markalı telefon 116.4 (yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 11.4 (on bir manat qırx qəpik) manat cərimə, ümumilikdə 3212 manat borc və 52.12 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 23171497 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 25 (iyirmi beş) manat ilkin ödəniş olmaqla alqı-satqı qiyməti 763 (yeddi yüz altmış üç) manat olan “İmei kod **********63714 Xıaomı Poco M3 Pro 5g” markalı telefon və “Qızıl zəmanət Ultra 02 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 03741109 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz alqı-satqı qiyməti 229 (iki yüz iyirmi doqquz) manat 60 (altmış) qəpik olan “Termopot Hoffmann” və “Qızıl zəmanət Ultra 02 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz alqı-satqı qiyməti 309 (üç yüz doqquz) manat 96 (doxsan altı) qəpik olan “X2 Aparat Tota” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz alqı-satqı qiyməti 650 (altı yüz əlli) manat 20 (iyirmi) qəpik olan “X5” və “Qızıl zəmanət Ultra 03 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 13981047 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz alqı-satqı qiyməti 364 (üç yüz altmış dörd) manat 08 (səkkiz) qəpik olan “Ventilyator Stadlerh form peter (black)” və “Qızıl zəmanət Ultra 02 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz alqı-satqı qiyməti 763 (yeddi yüz altmış üç) manat 09 (doqquz) qəpik olan “İmei kod **********83566 Xıaomı Redmı 10” markalı telefon və “Qızıl zəmanət Ultra 03 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 03752124 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz alqı-satqı qiyməti 798.84 (yeddi üyz doxsan səkkiz) manat 91 (doxsan bir) qəpik olan “İmei kod **********18337 Realme 9İ 4/128GB blue” və “Qızıl zəmanət Ultra 02 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 13401889 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş160 (yüz altmış) manat olmaqla alqı-satqı qiyməti 1019 (min on doqquz) manat 95 (doxsan beş) qəpik olan “İmei kod **********47235 Huaweı Nova9se 8/128GB cristal blue” və “Qızıl zəmanət Ultra 02 il” təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 716 (yeddi yüz on altı) manat 22 (iyirmi iki) qəpik ödənilməmiş hissə, 71 (yetmiş bir) manat 78 (yetmiş səkkiz) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 576 (beş yüz yetmiş altı) manat 94 (doxsan dörd) qəpik ödənilməmiş hissə, 57 (əlli yeddi) manat 06 (altı) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 37 (otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 364 (üç yüz altmış dörd) manat 08 (səkkiz) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) manat 92 (doxsan iki) qəpik cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 36 (otuz altı) manat 44 (qırx dörd) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat 44 (qırx dörd) qəpik cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 165 (yüz altmış beş) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 32 (otuz iki) qəpik cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 116 (yüz on altı) manat 60 (altmış) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat 40 (qırx) qəpik cərimə pulu borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 52 (əlli iki) manat 12 (on iki) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçı "xxxx" MMC-dən müqavilələrdə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malların dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 71 (yetmiş bir) manat 78 (yetmiş səkkiz) qəpik cərimə pulu azaldılaraq 4 (dörd) manat həddində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 57 (əlli yeddi) manat 06 (altı) qəpik cərimə pulu azaldılaraq 4 (dörd) manat həddində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 37 (otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 36 (otuz altı) manat 92 (doxsan iki) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 36 (otuz altı) manat 44 (qırx dörd) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 24 (iyirmi dörd) manat 44 (qırx dörd) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 16 (on altı) manat 32 (otuz iki) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 11 (on bir) manat 40 (qırx) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 716 (yeddi yüz on altı) manat 22 (iyirmi iki) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 576 (beş yüz yetmiş altı) manat 94 (doxsan dörd) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 364 (üç yüz altmış dörd) manat 08 (səkkiz) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 165 (yüz altmış beş) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 116 (yüz on altı) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 52 (əlli iki) manat 12 (on iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 716 (yeddi yüz on altı) manat 22 (iyirmi iki) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 576 (beş yüz yetmiş altı) manat 94 (doxsan dörd) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 379 (üç yüz yetmiş doqquz) manat 12 (on iki) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 364 (üç yüz altmış dörd) manat 08 (səkkiz) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 360 (üç yüz altmış) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 165 (yüz altmış beş) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 116 (yüz on altı) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu və ödənilmiş 52 (əlli iki) manat 12 (on iki) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar