Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1141/2023 24.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmeninin rəhbəri NümayəndəX iddia verərək:
1. 28 may 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********366885 İphone 12 markalı telefon üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə;
2. 23 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən Apple Watch 7 üçün (beş yüz) manat ödənilməmiş hissə, (əlli) manat cərimə;
3. 26 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********59771 Samsung Galaxy A13 markalı telefon üçün 304 (üç yüz dörd) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat, 01 (bir) qəpik cərimə, 4.14 mart 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********30736 Samsung Galaxy A32 markalı telefon, 2 ədəd vinil şəffaf üçün 269 (iki yüz altmış doqquz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat, 07 (yeddi) qəpik cərimə: 5.11 mart 2022-ci il tarixli müqaviləsinə əsasən Fen Philips üçün 99 (doxsan doqquz) manat, 20 (iyirmi) qəpik 9 (doqquz) manat, 80 (səksən) qəpik cərimə, ümumillikdə 2007 (iki min yeddi) manat borc və 40 (qırx) manat, 07 (yeddi) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 28 may 2021-ci il tarixli, 23 dekabr 2021-ci il tarixli, 26 aprel 2022-ci il tarixli, 14 mart 2022-ci il tarixli, 11 mart 2022-ci il müqaviləsinə əsasən, İmei kodu **********366885 İphone 12, Apple Watch 7, İmei Kodu **********59771 Samsung Galaxy A13, markalı telefon, İmei kodu **********30736 Samsung Galaxy A32 markalı telefon, 2 ədəd vinil şəffaf , Fen Philips almış və nəticədə 2007 (iki min yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08 may 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3219 (üç min iki yüz on doqquz) manat İmei kodu **********366885 İphone 12 markalı telefon üçün ümumilikdə 717 (yeddi yüz on yeddi) manat olmaqla, ondan 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 65 (altmış beş) manat cərimə; 23 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1342 (bir min üç yüz qırx iki) manat Apple Watch 7 üçün ümumilikdə 550 (beş yüz əlli) manat olmaqla, ondan 500 (beş yüz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 50 (əlli) manat cərimə; 26 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 544 (beş yüz qırx dörd) manat, 46 (qırx altı) qəpik İmei Kodu **********59771 Samsung Galaxy A13 markalı telefon üçün ümumilikdə 335 (üç yüz otuz beş) manat olmaqla, ondan 304 (üç yüz dörd) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 30 (otuz) manat, 01 (bir) qəpik cərimə; 14 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 760 (yeddi yüz altmış) manat, 88 (səksən səkkiz) qəpik X1 Galaxy A32 markalı telefon, 2 ədəd vinil şəffaf üçün ümumillikdə 296 (iki yüz doxsan altı) manat olmaqla, ondan 269 (iki yüz altmış doqquz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 26 (iyirmi altı) manat, 07 (yeddi) qəpik cərimə; 11 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 200 (iki yüz) manat, 80 (səksən) qəpik Fen Philips üçün ümumillikdə 109 (bir yüz doqquz) manat olmaqla, ondan 99 (doxsan doqquz) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 9 (doqquz) manat, 80 (səksən) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4139 (dörd min yüz otuz doqquz) manat, 42 (qırx iki) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 40 (qırx) manat, 07 (yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 28 may 2021-ci il tarixli, 23102876 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu İmei kodu **********366885 İphone 12 almışdır. İş materiallarına əlavə olunmuş 23 dekabr 2021-ci il tarixli, Apple Watch 7 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Apple Watch 7 markalı saat almışdır. İş materiallarına əlavə olunmuş 26 aprel 2022-ci il tarixli, 03451668 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********59771 Samsung Galaxy A13 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 14 mart 2022-ci il tarixli, 02661301 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********30736 Samsung Galaxy A32 markalı telefon, 2 ədəd vinil şəffaf almışdır. İş materiallarına əlavə olunmuş 11 mart 2022-ci il tarixli, 02061124 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu Fen Philips almışdır İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh
1. 28 may 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********366885 İphone 12 markalı telefon üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə;
2. 23 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən Apple Watch 7 üçün (beş yüz) manat ödənilməmiş hissə, (əlli) manat cərimə;
3. 26 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********59771 Samsung Galaxy A13 markalı telefon üçün 304 (üç yüz dörd) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 30 (otuz) manat, 01 (bir) qəpik cərimə,
4. 14 mart 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********30736 Samsung Galaxy A32 markalı telefon, 2 ədəd vinil şəffaf üçün 269 (iki yüz altmış doqquz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 26 (iyirmi altı) manat, 07 (yeddi) qəpik cərimə:
5. 11 mart 2022-ci il tarixli müqaviləsinə əsasən Fen Philips üçün 99 (doxsan doqquz) manat, 20 (iyirmi) qəpik 9 (doqquz) manat, 80 (səksən) qəpik cərimə, ümumillikdə 2007 (iki min yeddi) manat borc və 40 (qırx) manat, 07 (yeddi) qəpik borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 28 may 2021-ci il tarixli, 23 dekabr 2021-ci il tarixli, 26 aprel 2022-ci il tarixli, 14 mart 2022-ci il tarixli, 11 mart 2022-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 28 may 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 65 (altmış beş) manat məbləğindəki dəbbə pulu azaldırlaraq 05 (beş) manat həddində, 23 dekabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 50 (əlli) manat məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 26 aprel 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 30 (otuz) manat), 01 (bir) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində, 14 mart 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 26 (iyirmi altı) manat, 07 (yeddi) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində, 14 mart 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 9 (doqquz) manat, 80 (səksən) qəpik m\bl\ğind\ki dəbbə pulu silinbərək 0(sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat, 07 (yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 may 2021-ci il tarixli müqaviləsinə əsasən 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 26 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 500 (beş yüz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 26 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 304 (üç yüz dörd) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 11 mart 2022-ci il 99 (doxsan doqquz) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə ümumilikdə 1872 (bir min səkkiz yüz yetmiş iki) manat, 90 (doxsan) qəpik borc, ödənilmiş 40 (qırx) manat, 07 (yeddi) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov