Məhkəmə qərarları › İş №e-2(018)-1151/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1151/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1151/2025 17.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Əbulfət oğluna qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əbulfət oğluna qarşı «borcun ödənilməsi» barədə iddia verərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********62518 OPPO A58 markalı telefon üçün 464 (dörd yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 46 (qırx altı) manat 50 (əlli) qəpik cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, CASE, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********50047 SAMSUNG GALAXY Am0a5rkalı telefon üçün, 404 (dörd yüz dörd) manat 82 (səksən iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 40 (qırx) manat 48 (qırx səkkiz) qəpik cərimə Ümumilikdə 1003 (min üç) manat 98 (doxsan səkkiz) qəpik borc 30 (otuz) manat 04 (dörd) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********62518 OPPO mA5a8rkalı telefon, CASE, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********50047SAMSUNG GALAXY A05 markalı telefon almış və nəticədə 1003 (min üç )manat 98 (doxsan səkkiz) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525 (beş yüz iyirmi beş) manat 06 (altı) qəpik (18 ay x 29.17 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********62518 OPPO A58 markalı telefon üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat 08 (səkkiz) qəpik olmaqla ondan, 464 (dörd yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, güzəşt olunaraq 46 (qırx altı) manat 50 (əlli) qəpik cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 521 (beş yüz iyirmi bir) manat 10 (on) qəpik (18 ay x 28.95 manat + 0 manat ilkin ödəniş) olan CASE, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********50047 SAMSUNG GALAXY A05 markalı telefon üçün ümumilikdə, 468 (dörd yüz altmış səkkiz) manat 90 (doxsan) qəpik olmaqla ondan, 404 (dörd yüz dörd) manat 82 (səksən iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, güzəşt olunaraq 40 (qırx) manat 48 (qırx səkkiz) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 176 (yüz yetmiş altı) manat 36 (otuz) qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********62518 OPPO A58 markalı telefon üçün 464 (dörd yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 46 (qırx altı) manat 50 (əlli) qəpik cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, CASE, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********50047 SAMSUNG GALAXY A05 markalı telefon üçün, 404 (dörd yüz dörd) manat 82 (səksən iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 40 (qırx) manat 48 (qırx səkkiz) qəpik cərimə Ümumilikdə 1003 (min üç) manat 98 (doxsan səkkiz) borc 30 (otuz) manat 04 (dörd) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdda ərizəsi, işdə olan hüquqi sənəndləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, idda tələbi qismən təmin olunmalıdı. Belə ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təsli aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz əldə etmişdir. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Əbulfət oğlunun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********62518 OPPO A58 markalı telefon üçün , 464 (dörd yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum və 46 (qırx altı) manat 50 (əlli) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, CASE, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********50047 SAMSUNG GALAXY A05 markalı telefon üçün 404 (dörd yüz dörd) manat 82 (səksən iki) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum və 40 (qırx) manat 48 (qırx səkkiz) qəpik cərimə. Ümumilikdə 1003 (min üç) manat 98 (doxsan səkiz) qəpik borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz ) manat 04 (dörd) qəpik dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Əbulfətt oğlu xx.xx.2001-ci ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Əbulfət oğlu müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2024cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 46 (qırx altı) manat 50 (əlli) qəpik cərimə pulu azaldılaraq 05 (beş) manat 50 (əlli) qəpik həddində müəyyən edilməlidir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 40 (qırx) manat 48 (qırx səkkiz) qəpik cərimə pulu azaldılaraq 05 (beş) manat 48 (qırx səkkiz) qəpik cərimə həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılmasına kifayət etdiyi üçün əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 464 (dörd yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə 05 (beş) manat 50 (əlli) qəpik cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 404 (dörd yüz dörd) manat 82 (səksən iki) qəpik ödənilməmiş hissə, 05 (beş) manat 48 (qırx səkkiz) qəpik cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat 04 (dörd) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh Əbulfət oğlundan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 464 (dörd yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş hissə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 05 (beş) manat 50 (əlli) qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 404 (dörd yüz dörd) manat 82 (səksən iki) qəpik ödənilməmiş hissə, 05 (beş) manat 48 (qırx səkkiz) qəpik cərimə borcu və ödənilmiş 30 (otuz) manat 04 (dörd) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar