Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1161/2024 04.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, cavabdeh X1 78 (yetmiş səkkiz) manat əsas borc, 11,70 (on bir manat,yetmiş qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, fiziki şəxs “X5” ilə cavabdeh X4 arasında bağlanılmış QKA000029 saylı,xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 233 (iki yüz otuz üç) manat olan Qadın Geyimləri 6 ay müddətinə, hər ay 39 (otuz doqquz) manat ödəmək şərti ilə öhtəsinə götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fiziki şəxs “X5” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “X5”-un X3 olan 233 (iki yüz otuz üç) manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir.Cavabdeh X4 həmin nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür.Lakin, cavabdeh X4 78 (yetmiş səkkiz) manat əsas borc, 11,70 (on bir manat,yetmiş qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunu ödəməmişdir.Odur ki,həmin məbləğin cavabdeh X2 alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış QKA000029 saylı,xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 6 ay müddətinə, hər ay 39 (otuz doqquz) manat ödəmək şərti ilə dəyəri 233 (iki yüz otuz üç) manat olan Qadın Geyimləri verilmişdir.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X4 QKA000029 saylı,xx.xx.2023-cü il tarixli, nisyə alqı-satqı müqaviləsi üzrə 78 (yetmiş səkkiz) manat əsas borc, 11,70 (on bir manat,yetmiş qəpik) manat cərimə borcludur.
3. Ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 11,70 (on bir manat,yetmiş qəpik) manat cərimə borcu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qimən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh X2 QKA000029 saylı,xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 78 (yetmiş səkkiz) manat əsas borc, 2 (iki) manat cərimə borcu,cəmi 80 (səksən) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin.
2. İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov