Məhkəmə qərarları › İş №e-2(018)-1177/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1177/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1177/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri S.R. iddia verərək:

1. 06 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən HP Komputer üçün 1743 (bir min yeddi yüz qırx üç) manat, 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 174 (bir yüz yetmiş dörd) manat, 08 (səkkiz) qəpik cərimə;

2. 05 mart 2022-ci il tarixli müqaviləsinə əsasən LG LED TV markalı televizor üçün 1598 (bir min beş yüz doxsan səkkiz) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, 159 (bir yüz əlli doqquz) manat, 03 (üç) qəpik cərimə, ümumilikdə 3676 (üç min altı yüz yetmiş altı) manat borc və 56 (əlli altı) manat, 76 (yetmiş altı) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 06 oktyabr 2021-ci il tarixli və 05 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, HP Komputer, LG LED TV markalı televizor almış və nəticədə 3676 (üç min altı yüz yetmiş altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2546 (iki min beş yüz qırx altı) manat, 82 (səksən iki) qəpik HP Komputer üçün ümumilikdə 1918 (bir min doqquz yüz on səkkiz) manat olmaqla, ondan 1743 (bir min yeddi yüz qırx üç) manat, 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 174 (bir yüz yetmiş dörd) manat, 08 (səkkiz) qəpik cərimə; 05 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat, 97 (doxsan yeddi) qəpik LG LED TV markalı televizor üçün ümumilikdə 1758 (bir min yeddi yüz əlli səkkiz) manat olmaqla, ondan 1598 (bir min beş yüz doxsan səkkiz) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 159 (bir yüz əlli doqquz) manat, 03 (üç) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1103 (bir min yüz on üç) manat, 09 (doqquz) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 56 (əlli altı) manat, 76 (yetmiş altı) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 06 oktyabr 2021-ci il tarixli, 03371280 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən HP Komputer almışdır. İş materiallarına əlavə olunmuş 05 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən LG LED TV markalı televizor almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 06 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 1743 (bir min yeddi yüz qırx üç) manat, 92 (doxssn iki) qəpik əsas, cərimə 174 (bir yüz yetmiş dörd) manat, 08 (səkkiz) qəpik, 05 mart 2022-ci il tarixli müqaviləsinə əsasən 1598 (bir min beş yüz doxsan səkkiz) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, 159 (bir yüz əlli doqquz) manat, 03 (üç) qəpik cərimə, cəmi 3676 (üç min altı yüz yetmiş altı) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 06 oktyabr 2021-ci il tarixli, 03371280 nömrəli və 05 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 06 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 174 (bir yüz yetmiş dörd) manat, 08 (səkkiz) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 10 (on) manat həddində, 05 mart 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 159 (bir yüz əlli doqquz) manat, 03 (üç) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56 (əlli altı) manat, 76 (yetmiş altı) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 1743 (bir min yeddi yüz qırx üç) manat, 92 (doxssn iki) qəpik ödənilməmiş hissə, 10 (on) manat cərimə, 05 mart 2022-ci il tarixli müqaviləyə əsasən 1598 (bir min beş yüz doxsan səkkiz) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 3362 (üç min üç yüz altmış iki) manat, 89 (səksən doqquz) qəpik borc, ödənilmiş 56 (əlli altı) manat, 76 (yetmiş altı) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar