Məhkəmə qərarları › İş №e-2(018)-1178/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1178/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1178/2024 15.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 554 (beş yüz əlli dörd) manat 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 55 (əlli beş) manat 48 (qırx səkkiz) qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 496 (dörd yüz doxsan altı) manat 66 (altmış altı) qəpik ödənilməmiş hissə, 49 (qırx doqquz) manat 34 (otuz dörd) qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 331 (üç yüz otuz bir) manat 62 (altmış iki) qəpik ödənilməmiş hissə, 33 (otuz üç) manat 38 (otuz səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1521 (min beş yüz iyirmi bir) manat borcun və ödənilmiş 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik məbləğində dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, “Paltaryuyan Samsung”, “İmei kod **********28522 Blackvıew A95” markalı telefon, “İmei Kod **********18846 Blackvıew A95” markalı telefon almış və nəticədə 1521 (min beş yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1553.04 (min beş yüz əll üç manat dörd qəpik) manat (24 ay x 64.71 manat + 0 manat ilkin ödəniş) olan “Paltaryuyan Samsung” üçün ümumilikdə 610 (altı yüz on) manat olmaqla, ondan, 554.52 (beş yüz əlli dörd manat əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55.48 (əlli beş manat qırx səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 711.9 (yeddi yüz on bir manat doxsan qəpik) manat (18 ay x 39.55 manat + 0 manat ilkin ödəniş) olan “İmei kod **********28522 Blackvıew A95” markalı telefon üçün ümumilikdə 546 (beş yüz qırx altı) manat olmaqla, ondan, 496.66 (dörd yüz doxsan altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.34 (qırx doqquz manat otuz dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 820.04 (səkkiz yüz iyirmi manat dörd qəpik) manat (18 ay x 42.08 manat + 62.6 manat ilkin ödəniş) olan “İmei kod **********18846 Blackvıew A95” markalı telefon üçün ümumilikdə 365 (üç yüz altmış beş) manat olmaqla, ondan, 331.62 (üç yüz otuz bir manat altmış iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.38 (otuz üç manat otuz səkkiz qəpik) manat cərimə borcu yaranmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 1702.18 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Paltaryuyan Samsung” üçün 554.52 (beş yüz əlli dörd manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 55.48 (əlli beş manat qırx səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən “İmei kod **********28522 Blackvıew A95” markalı telefon üçün 496.66 (dörd yüz doxsan altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 49.34 (qırx doqquz manat otuz dörd qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən “İmei kod **********18846 Blackvıewa 95” markalı telefon üçün 331.62 (üç yüz otuz bir manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 33.38 (otuz üç manat otuz səkkiz qəpik) manat cərimə, ümumilikdə 1521 manat borc, 35.21 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 02621966 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, ilkin ödənişsiz, alqı-satqı qiyməti 1553 (min beş yüz əll üç) manat 04 (dörd) qəpik olan 03 il zəmanətlə ”Paltaryuyan Samsung” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 09533373 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 03 il qızıl zəmanətlə 18 ay müddətinə, ilkin ödənişsiz, alqı-satqı qiyməti 711 (yeddi yüz on bir) manat 98 (doxsan səkkiz) qəpik olan “İmei kod **********28522 Blackvıew A95 8GB/128GB” markalı telefon təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 09642921 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 03 il qızıl zəmanətlə 18 ay müddətinə, ilkin ödəniş 62 (altmış iki) manat 60 (altmış) qəpik olmaqla, alqı-satqı qiyməti 820 (səkkiz yüz iyirmi) manat olan “İmei kod **********18846 Blackvıew A958GB/128GB” markalı telefon təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 554 (beş yüz əlli dörd) manat 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 55 (əlli beş) manat 48 (qırx səkkiz) qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 496 (dörd yüz doxsan altı) manat 66 (altmış altı) qəpik ödənilməmiş hissə, 49 (qırx doqquz) manat 34 (otuz dörd) qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 331 (üç yüz otuz bir) manat 62 (altmış iki) qəpik ödənilməmiş hissə, 33 (otuz üç) manat 38 (otuz səkkiz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1521 (min beş yüz iyirmi bir) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 64150584 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçı "xxxx" MMC-dən müqavilələrdə qeyd olunan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malların dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 55 (əlli beş) manat 48 (qırx səkkiz) qəpik cərimə pulu azaldılaraq 3 (üç) manat həddində, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 49 (qırx doqquz) manat 34 (otuz dörd) qəpik cərimə pulu azaldılaraq 3 (üç) manat həddində, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 33 (otuz üç) manat 38 (otuz səkkiz) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 554 (beş yüz əlli dörd) manat 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 496 (dörd yüz doxsan altı) manat 66 (altmış altı) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 331 (üç yüz otuz bir) manat 62 (altmış iki) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 554 (beş yüz əlli dörd) manat 52 (əlli iki) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 496 (dörd yüz doxsan altı) manat 66 (altmış altı) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 331 (üç yüz otuz bir) manat 62 (altmış iki) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu və ödənilmiş 35 (otuz beş) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar