Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1187/2024 17.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 217 (iki yüz on yeddi) manat 72 (yetmiş iki) qəpik ödənilməmiş hissə, 21 (iyirmi bir) manat 28 (iyirmi səkkiz) qəpik cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 517 (beş yüz on yeddi) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 51 (əlli bir) manat 66 (altmış altı) qəpik cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 133 (yüz otuz üç) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat 96 (doxsan altı) qəpik cərimə pulu olmaqla, ümumilikdə 955 (doqquz yüz əlli beş) manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, 18,07,2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, “X6, Tozsoran Samsung, 4 X3, X5 , Generatototal” almış və nəticədə 955 (doqquz yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat “X6, Tozsoran Samsung” üçün ümumilikdə, 239 (iki yüz otuz doqquz) manat olmaqla ondan, 217.72 (iki yüz on yeddi manat yetmiş iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.28 (iyirmi bir manat iyirmi səkkiz qəp) manat cərimə, 18,07,2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 776.16 (yeddi yüz yetmiş altı manat on altı qəp) manat “4 X3” üçün ümumilikdə 569 (beş yüz altmış doqquz) manat olmaqla ondan, 517.34 (beş yüz on yeddi manat otuz dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.66 (əlli bir manat altmış altı qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 747.9 (yeddi yüz qırx yeddi manat doxsan qəp) manat, “Mini Sobahoffmann , Generator Total” üçün ümumilikdə, 147 (yüz qırx yeddi) manat olmaqla ondan, 133.04 (yüz otuz üç manat dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.96 (on üç manat doxsan altı qəp) manat cərimə, cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, 08,09,2023-ci il tarixində “X4 Zəmanət + 3 İl” xidmətindən imtina etmiş və məhsul 447.96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 166.9 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 447.96 manat, ümumilikdə, 614.86 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, 18,07,2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, “X6, Tozsoran Samsung” üçün 217.72 (iki yüz on yeddi manat yetmiş iki qəp) manat ödənilməmiş hissə, 21.28 (iyirmi bir manat iyirmi səkkiz qəp) manat cərimə, 18,07,2023-ci il tarixli müqaviləyə əsasən, “4 X3” üçün, 517.34 (beş yüz on yeddi manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 51.66 (əlli bir manat altmış altı qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, “Mini Sobahoffmann , Generator Total” üçün 133.04 (yüz otuz üç manat dörd qəp) manat ödənilməmiş hissə, 13.96 (on üç manat doxsan altı qəp) manat cərimə, ümumilikdə 955 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 12202187 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz, alqı-satqı qiyməti 776 (yeddi yüz yetmiş altı) manat 16 (on altı) qəpik olan “04 (dörd) ədəd Goodride H188 113/111Q 215/75R16C-8” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 04244248 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz, alqı-satqı qiyməti 747 (yeddi yüz qırx yeddi) manat 98 (doxsan səkkiz) qəpik olan “X5 M4570 və Qızıl zəmanət Ultra 03 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 04244326 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat olan “X6, Tozsoran Samsung” və “Qızıl zəmanət Ultra 03 il” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 217 (iki yüz on yeddi) manat 72 (yetmiş iki) qəpik ödənilməmiş hissə, 21 (iyirmi bir) manat 28 (iyirmi səkkiz) qəpik cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 517 (beş yüz on yeddi) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 51 (əlli bir) manat 66 (altmış altı) qəpik cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 133 (yüz otuz üç) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat 96 (doxsan altı) qəpik cərimə pulu olmaqla, ümumilikdə 955 (doqquz yüz əlli beş) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malların dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 21 (iyirmi bir) manat 28 (iyirmi səkkiz) qəpik cərimə pulu azaldılaraq 02 (iki) manat həddində, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 51 (əlli bir) manat 66 (altmış altı) qəpik cərimə pulu azaldılaraq 04 (dörd) manat həddində, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 13 (on üç) manat 96 (doxsan altı) qəpik cərimə pulu azaldılaraq 02 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 217 (iki yüz on yeddi) manat 72 (yetmiş iki) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 517 (beş yüz on yeddi) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 133 (yüz otuz üç) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 217 (iki yüz on yeddi) manat 72 (yetmiş iki) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 517 (beş yüz on yeddi) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 04 (dörd) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 133 (yüz otuz üç) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1187/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1187/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver