Məhkəmə qərarları › İş №e-2(018)-1192/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1192/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1192/2023 31.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri S.R. iddia verərək:

1. 29 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********11952 TCL 20E markalı telefon üçün 426 (dörd yüz iyirmi altı) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə;

2. 20 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********50316 Samsung Galaxy A13 markalı telefon üçün 544 (beş yüz qırx dörd) manat, 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat, 56 (əlli altı) qəpik cərimə, ümumilikdə 1067 (bir min altmış yeddi) manat borc və 30 (otuz) manat, 67 (altmış yeddi) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 29 iyul 2022-ci il tarixli və 20 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********11952 TCL 20E markalı telefon, İmei Kodu **********50316 Samsung Galaxy A13 markalı telefon almış və nəticədə 1067 (bir min altmış yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 426 (dörd yüz iyirmi altı) manat İmei kodu **********11952 TCL 20E üçün ümumilikdə 468 (dörd yüz altmış səkkiz) manat olmaqla, ondan 426 (dörd yüz iyirmi altı) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə; 20 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 544 (beş yüz qırx dörd) manat, 44 (qırx dörd) qəpik İmei Kodu **********50316 Samsung Galaxy A13 markalı telefon üçün ümumilikdə 599 (beş yüz doxsan doqquz) manat olmaqla, ondan 544 (beş yüz qırx dörd) manat, 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 54 (əlli dörd) manat, 56 (əlli altı) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0.00 (sıfır) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 67 (altmış yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 29 iyul 2022-ci il tarixli, ********* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********11952 TCL 20E markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 20 avqust 2022-ci il tarixli, 03452598 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********50316 Samsung Galaxy A13 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 29 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 426 (dörd yüz iyirmi altı) manat əsas, cərimə 42 (qırx iki) manat, 20 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən 544 (beş yüz qırx dörd) manat, 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat, 56 (əlli altı) qəpik cərimə, cəmi 1067 (bir min altmış yeddi) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29 iyul 2022-ci il tarixli və 20 avqust 2022-ci il tarixli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 29 iyul 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 42 (qırx iki) manat məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində, 20 avqust 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 54 (əlli dörd) manat, 56 (əlli altı) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 5 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 67 (altmış yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 29 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən 426 (dörd yüz iyirmi altı) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 20 avqust 2022-ci il tarixli müqaviləyə əsasən 544 (beş yüz qırx dörd) manat, 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 977 (doqquz yüz yetmiş yeddi) manat, 44 (qırx dörd) qəpik borc, ödənilmiş 30 (otuz) manat, 67 (altmış yeddi) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar