Məhkəmə qərarları › İş №e-2(018)-1205/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1205/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1205/2024 11.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik) manat məbləğində borcun ödənilməsinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik) manat məbləğində borcun ödənilməsinə dair» iddia verərək, Cavabdeh 12 sentyabr 2024-cü il tarixə kimi istehlak etdiyi 418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik) manat debitor borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və cəmi 448,60 (dörd yüz qırx səkkiz manat,altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Lənkəran X3 İdarəsinin Astara rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********0950 olmaqla, 02 iyul 2021-ci il tarixli, 18853 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Astara rayonu, Kakalos kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə 12 sentyabr 2024-cü il tarixə 418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən iddiaçıya 418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik) manat məbləğində borcu olduğu barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcunu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı İB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 02 iyul 2021-ci il tarixli, 18853 saylı nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, Cavabdeh qızı keyfiyyətli qazla təmin edilmiş və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməli idi. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, Cavabdeh 418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik)manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12 sentyabr 2024-cü il tarixə kimi istehlak etdiyi 418,60 (dörd yüz on səkkiz manat,altmış qəpik) manat debitor borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 448,60 (dörd yüz qırx səkkiz manat,altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar