Məhkəmə qərarları › İş №e-2(018)-1216/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1216/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1216/2025 29.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: . İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» barədə iddia verərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № 10122444 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1260 (min iki yüz altmış) manat əsas, 500 (beş yüz) manat penya ümumilikdə 2061 (iki min altmış bir) manat borcun və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərilmişdir ki, 2060 (iki min altmış) manat dəyəri olan “TUFAN M-50” markalı“MOTOSİKL”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 800 (səkkiz yüz) manat ilkin ödəniş edərək “MOTOSİKL”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1260 (min iki yüz altmış) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Babayev X1 müaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 iddiaçıya iddia qaldırılan günə 1260 (min iki yüz altmış) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, cəmi 1760 (min yeddi yüz altmış) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimizamin Cavabdeh2 ilə iddiaçıarasında 13 avqust 2022-ci il tarixli 10122444/ZM saylızaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh1 13 avqust 2022ci il tarixli 10122444 saylı nisyə satış müqaviləsi üzrə ödəniş etməmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə1260 (min iki yüz altmış) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2022- 2023-2024-ci illər üçün 301 (üç yüz bir) manat, cəmi 2061 (iki min altmış bir) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutulmasına haqqında qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE 14640322 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1998-ci anadan olmuşdur Cavabdeh2 AZE ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 41 (qırx bir) manat manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2022-cü il tarixli № 10122444 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, EKOSOFT” MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı « Tufan M-50 motosiklet ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1260 (min iki yüz altmış) manat əsas borc, 500 (beş yüz) manat penya Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2022-2023-2024-ci illər üçün 301(üç yüz bir) manat olmaqla, cəmi 2061 (iki min altmış bir) manat borcu yaranmışdır. İşə əlavə edilmiş xəbərdarlıq kağızından görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun yaranmış borc məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 41 (qırx bir) manat iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edərək iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2022cü il tarixli müqavilə üzrə iddiaçının iddia etdiyi 500 (beş yüz) manat penya pulu azaldılaraq 10 (on) manat həddinə təyin olunsun. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək xx.xx.2022-cü il tarixli müqavilə üzrə 1260 (min iki yüz altmış) manat əsas borc Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2022-2023-2024ci illər üçün 301(üç yüz bir) manat, 30 (otuz) manat penya borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 41 (qırx bir) manat manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx.xx.2022-cü il tarixli № 10122444 saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1260 (min iki yüz altmış) manat əsas borc Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 301 (üç yüz bir) manat, 30 (otuz) manat penya və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar