Məhkəmə qərarları › İş №e-2(018)-1243/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1243/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1243/2024 29.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbi barədə iddia verərək,Cavabdeh ECK5902029 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 44 (qırx dörd) manat əsas,13 (on üç) manat dəbbə pulu, ECK5837812 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 772 (yeddi yüz yetmiş iki) manat əsas,231 (iki yüz otuz bir)manat dəbbə pulu,ECK5951438 nömrəli,xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1135 (min yüz otuz beş) manat əsas,340 (üç yüz qırx) manat dəbbə pulu və 46 (qırx altı) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli,ECK5902029 nömrəli,xx.xx.2020-ci il tarixli,ECK5837812 nömrəli, xx.xx.2021-ci il tarixli,ECK5951438 müqavilələri bağlanılmışdır.Həmin müqavilələrə əsasən ECK5902029 nömrəli müqavilə üzrə qiyməti 630 (altı yüz otuz) manat olan «Samsung Galaxy A21» markalı telefon,ECK5837818 nömrəli müqavilə üzrə qiyməti 1123 (min yüz iyirmi üç) manat olan «Beko» markalı soyuducu,ECK5951438 nömrəli müqavilə üzrə «Samsung» markalı paltaryuyan cavabdehə verilmişdir.Cavabdeh ECK5902029 nömrəli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 30 (otuz) manat olmaqla,hər ay 50 (əlli) manat,ECK5837212 nömrəli müqavilə üzrə 24 ay müddətinə,ilkin ödəniş 19 (on doqquz) manat olmaqla,hər ay 46 (qırx altı) manat,eck5951438 nömrəli müqavilə üzrə 24 ay müddətinə,ilkin ödəniş 24 (iyirmi dörd) manat,hər ay 50 (əlli) manat ödəməyi öhdəlik götürmüşdür.Lakin,Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş,nəticədə iddiaçıya borcu yaranmışdır.İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən qiyməti 630 (altı yüz otuz) manat olan «Samsung Galaxy A21» markalı telefon,xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən qiyməti 1123 (min yüz iyirmi üç) manat olan «Beko» markalı soyuducu,xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən qiyməti 1224 (min iki yüz iyirmi dörd) manat olan «Samsung» markalı paltaryuyan almışdır. Həmin müqavilələrin şərtlərinə əsasən hər ay kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 2.Maliyyə arayışından görünür ki, Cavabdeh ECK5902029 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 44 (qırx dörd) manat əsas,13 (on üç) manat dəbbə pulu, ECK5837812 nömrəli,xx.xx.2020-ci il tarixli müqavilə üzrə 772 (yeddi yüz yetmiş iki) manat əsas,231 (iki yüz otuz bir) manat dəbbə pulu,ECK5951438 nömrəli,xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1135 (min yüz otuz beş) manat əsas,340 (üç yüz qırx) manat dəbbə pulu borcu vardır. 3.Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 46 (qırx altı) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi ECK5902029 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 13 (on üç) manat dəbbə pulu azaldılaraq 3 (üç) manat,ECK5837812 nömrəli,xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 231 (iki yüz otuz bir) manat dəbbə pulu azaldılaraq 10 (on) manat,ECK5951438 nömrəli,xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 340 (üç yüz qırx) manat dəbbə pulu azaldılaraq 15 (on beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 46 (qırx altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ECK5902029 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 44 (qırx dörd) manat əsas, 3 (üç) manat dəbbə pulu, ECK5837812 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 772 (yeddi yüz yetmiş iki) manat əsas,10 (on) manat dəbbə pulu,ECK5951438 nömrəli,xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 1135 (min yüz otuz beş) manat əsas,15 (on beş)dəbbə pulu ümumillikdə 1979 (min doqquz yüz yetmiş doqquz) manat və 46 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar