Məhkəmə qərarları › İş №e-2(018)-1285/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1285/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1285/2023 03.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmeninin rəhbəri NümayəndəX iddia verərək:

1. 04 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********27246 Xiaomi Redmi 9 markalı telefon, üzqırxan Braun, 2 ədəd 4D glass üçün 447 (dörd yüz qırx yeddi) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 60 (altmış) qəpik cərimə;

2. 13 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən Tozsoran Hoffman üçün 80 (səksən) manat ödənilməmiş hissə, 08 (səkkiz) manat cərimə;

3. 29 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən Şirə çəkən Gorenje, ütü Hoffmann, Qazan dəsti Canali, mikrodalğalı soba Hoffmann, blender Panasonic üçün 476 (dörd yüz yetmiş altı) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi) manat, 03 (üç) qəpik cərimə, ümumillikdə 1104 (bir min bir yüz dörd) manat borc və 31 (otuz bir) manat, (04 dord) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 04 sentyabr 2021-ci il tarixli, 13 oktyabr 2021-ci il tarixli, 29 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********27246 Xiaomi Redmi 9 markalı telefon, üzqırxan Braun, 2 ədəd 4D glass , Tozsoran Hoffman, Qazan dəsti Canali, mikrodalğalı soba Hoffmann, blender Panasonic almış və nəticədə 1104 (bir min yüz dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04 sentyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 766 (yeddi yüz altmış altı) manat, 80 (səksən) qəpik olan İmei kodu **********27246 Xiaomi Redmi 9 markalı telefon, üzqırxan Braun, 2 ədəd 4D glass üçün ümumilikdə 492 (dörd yüz döxsan iki) manat olmaqla, ondan 447 (dörd yüz qırx yeddi) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 44 (qırx dörd) manat, 60 (altmış) cərimə; 13 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 123 (bir yüz iyirmi üç) manat, 60 (altmış) qəpik Tozsoran Hoffman üçün ümumilikdə 88 (səksən səkkiz) manat olmaqla, ondan 80 (səksən) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə; 29 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 597 (beş yüz doxsan yeddi) manat, 36 (otuz altı) qəpik şirə çəkən Gorenje, ütü Hoffmann, Qazan dəsti Canali, mikrodalğalı soba Hoffmann, blender Panasonic üçün ümumilikdə 524 (beş yüz iyirmi dörd) manat olmaqla, ondan 476 (dörd yüz yetmiş altı) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 47 (qırx yeddi) manat, 03 (üç) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 04 sentyabr 2023-cü il tarixli müqaviləsinə əsasən, 09 sentyabr 2021-ci tarixində üzqırxan Braun, qızıl zəmanət ultra 2 İL- dən imtina etmiş və məhsul 257 (iki yüz əlli yeddi) manat, 40 (qırx) qəpik qiymətləndirilib, borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 29 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, 02 yanvar 2022-ci il tarixində şirə çəkən Gorenje-dən imtina etmiş və məhsul 103 (bir yüz üç) manat qiymətləndirilib borcundan silinərək geri qaytarlmışdır. Cavabdehin 04 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 09 sentyabr 2021-ci il tarixinə üzqırxan Braun, qızıl zəmanət ultra 2 İL-dən imtina etmiş və məhsul 257 (iki yüz əlli yeddi) manat, 40 (qırx) qəpik qiymətləndirilib borcundan silinərək geri qaytarlmışdır, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 43 (qırx üç) manat, 60 (altmış) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat, (04 dord) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 04 sentyabr 2021-ci il tarixli 24064974 nömrəli müqavilədən və 02 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Məmmədova X1 **********27246 Xiaomi Redmi 9 markalı telefon, üzqırxan Braun, Paket M, 2ədəd 4D glass, Ultra Qızıl hərəsi 2 il "xxxx" MMC-dən almışdır. Öz razılığı əsasında Braun 300 BT markalı üzqırxan və 1 ədəd Ultra qızıl zəmanət geri qaytarılmışdır. 09 sentyabr 2021-ci il tarixində Braun markalı üzqırxan 217 (iki yüz on yeddi) manat, 80 (səksən) qəpik, ultra qızıl zəmanət 39 (otuz doqquz) manat, 60 (altmış) qəpik, ümumillikdə 257 (iki yüz əlli yeddi) manat, 40 (qırx) qəpik dəyərində qiymətləndirilmiş və borcdan silinmişdir. İş materiallarına əlavə olunmuş 29 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqavilədən və 02 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Şirə çəkən Gorenje, ütü Hoffmann, Qazan dəsti Canali, mikrodalğalı soba Hoffmann, blender Panasonic "xxxx" MMC-dən almışdır. Öz razılığı əsasında şirə çəkən Gorenje JC 900 E geri qaytraılmışdır. 02 yanvar 2022-ci iltarixində Şirə çəkən Gorenje 103 (bir yüz üç) manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmişdir. İş materiallarına əlavə olunmuş 13 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Tozsoran Hoffman almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 04 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 447 (dörd yüz qırx yeddi) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 60 (altmış) qəpik cərimə; 13 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 80 (səksən) manat ödənilməmiş hissə, 08 (səkkiz) manat cərimə; 29 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 476 (dörd yüz yetmiş altı) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi) manat, 03 (üç) qəpik cərimə, ümumillikdə 1104 (bir min bir yüz dörd) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 04 sentyabr 2021-ci il tarixli, 13 oktyabr 2021-ci il tarixli və 29 oktyabr 2021-ci il tarixli müqavilələr üzrə borcu yarandığı barədə cavabdehə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 04 sentyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 44 (qırx dörd) manat, 60 (altmış) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 5 (beş) manat həddində, 13 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 8 (səkkiz) manat məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində və 29 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 47 (qırx yeddi) manat, 03 (üç) qəpik dəbbə pulu azaldılaraq 5 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat, 04 (dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 04 sentyabr 2021-ci il tarixli müqaviləsi üzrə 447 (dörd yüz qırx yeddi) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 05 (beş) manat cərimə, 13 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə 80 (səksən) manat qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 29 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə 476 (dörd yüz yetmiş altı) manat, 97 (doxsan yeddi) qəpik ödənilməmiş hissə, 05 (beş) manat cərimə və ödənilmiş 31 (otuz bir) manat, 04 (dörd) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar