Məhkəmə qərarları › İş №e-2(018)-1306/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1306/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1306/2025 19.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********61164 XİAOMİ REDMİ 12 , PAKET M xidmət üçün 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 35 (otuz beş) qəpik cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********69818 OPPO A58, MYCHOİCE CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmət üçün , 611 (altı yüz on bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 61 (altmış bir) manat 15 (on beş) qəpik cərimə; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMAN üçün 385 (üç yüz səksən beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik cərimə ümumilikdə 1299 (min iki yüz doxsan doqquz) manat 89 (səksən doqquz) qəpik borc, 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qətnamə, çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********61164 XİAOMİ REDMİ 12 , PAKET M xidməti, İmei kod **********69818 OPPO A58, MYCHOİCE CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti , SOYUDUCU HOFFMAalNmNış və nəticədə 1299.89 (bi rmin iki yüz doxsan doqquz manat, 89 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 490.14 (dörd yüz doxsan manat, 14 qəpik) manat (18 ay x 27.23 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********61164 XİAOMİ REDMİ 12 , PAKET M xidməti üçün ümumilikdə, 179.85 (yüz yetmiş doqquz manat, 85 qəpik ) manat olmaqla ondan, 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat 35 (otuz beş) qəpik cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 687.96 ( altı yüz səksən yeddi manat 96 qəpik) manat (18 ay x 38.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69818 OPPO A58, MYCHOİCE CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmətiüçün ümumilikdə, 696.21 (altı yüz doxsan altı manat, 21 qəpik) manat olmaqla ondan, 611 (altı yüz on bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, müştəriyə güzəşt olunaraq 61 (altmış bir) manat 15 (on beş) qəpik cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 577.98 (beş yüz yetmiş yeddi manat, 98 qəpik) manat (18 ay x 32.11 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 423.83 (dörd yüz iyirmi üç manat, 83 qəpik) manat olmaqla ondan, 385 (üç yüz səksən beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 595.82 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********61164 XİAOMİ REDMİ 12 , PAKET M xidməütiçün 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 35 (otuz beş) qəpik cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********69818 OPPO A58, MYCHOİCE CASE, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmətüiçün , 611 (altı yüz on bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 61 (altmış bir) manat 15 (on beş) qəpik cərimə; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANüNçün 385 (üç yüz səksən beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik cərimə Ümumilikdə 1299 (min iki yüz doxsan doqquz) manat 89 (səksən doqquz) qəpik borc, 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qətnamə, çıxarılmasını xahiş etmişdir İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il taixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təsli aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz əldə etmişdir. Mülki işə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********61164 XİAOMİ REDMİ 12 , PAKET M üçün , 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik ödənilməmiş hissə 16 (on altı) manat 35 (otuz beş) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********69818 OPPO A58, MYCHOİCE CASE, PAKET XL xidməti markalı telefon üçün 611 (altı yüz on bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, 61 (altmış bir) manat 15 (on beş) qəpik cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Soyuducu hoffmann üçün 385 (üç yüz səksən beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik cərimə. Ümumilikdə 1299 (min iki yüz doxsan doqquz) manat 89 (səksən doqquz) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 33 (otuz üç) manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən hesab edirəm ki, Cavabdeh müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 16 (on altı) manat 35 (otuz beş) qəpik cərimə pulu azaldılaraq 01 manat 35 (otuz beş) qəpik həddində müəyyən edilməlidir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 61 (altmış bir) manat 15 (on beş) qəpik cərimə pulu azaldılaraq 01 (bir) manat 15 (on beş) qəpik cərimə həddində müəyyən edilməlidir.xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik cərimə pulu azaldıraq 01 (bir) manat 53 (əlli üç) qəpik həddinə müəyyən edilmədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik ödənilməmiş hissə 01 manat 35 (otuz beş) qəpik cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 611 (altı yüz on bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə , İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum və 01 (bir) manat 15 (on beş) qəpik cərimə,xx.xx.2024-cü il tarixli müqviləyə əsasən 385 (üç yüz səksən beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə 01 (bir) manat 53 (əlli üç) qəpik cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 01 manat 35 (otuz beş) qəpik cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 611 (altı yüz on bir) manat 46 (qırx altı) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum və 01 (bir) manat 15 (on beş) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 385 (üç yüz səksən beş) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 01 (bir) manat 53 (əlli üç) qəpik cərimə və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar