Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1334/2023 23.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulmasına dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia qaldıraraq, cavabdehdən müqavilə üzrə 237.52 (iki yüz otuz yeddi manat əlli iki qəpik) manat qalıq borcu və 170.68 (yüz yetmiş manat, altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 408.20 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat borcun həmçinin ərizə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30.14 (otuz manat ,on dörd qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki,"xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ASTK00920 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 368.52 (üç yüz altmış səkkiz manat, əlli iki qəpik) manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. "xxxx" MMC ilə müştəri "xxxx" MMC arasında arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli faktoring müqaviləsinə əsasən "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ASTK00920 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırmışdır. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gün gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğin 0,3% həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Kreditor qarşısında cavabdehin 853.42 (səkkiz yüz əlli üç manat, qırx iki qəpik) manat cərimə borcu yaranmışdır. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 170.68 (yüz yetmiş manat, altmış səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ASTK00920 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki,"xxxx" MMC cavabdehə 368.52 (üç yüz altmış səkkiz manat, əlli iki qəpik) manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Mülki işə əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli faktoring müqaviləsindən görünür ki, Optimal Elektronika” MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ASTK00920 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etmişdir. Mülki işə əlavə edilmiş 03 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" MMC-yə 237.52 (iki yüz otuz yeddi manat əlli iki qəpik) manat qalıq borcu, 170.68 (yüz yetmiş manat, altmış səkkiz qəpik) manat,doxsan doqquz qəpik)manat cərimə, ümumilikdə 408.20 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat borcu vardır. Mülki işə əlavə edilmiş bildiriş məktubundan görünür ki, cavabdehə ümumilikdə 408.20 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat məbləğində borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, ASTK00920 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 170.68 (yüz yetmiş manat, altmış səkkiz qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 10.68 (on manat, altmışsəkkiz qəpik) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz manat) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ASTK00920 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 237.52 (iki yüz otuz yeddi manat əlli iki qəpik) manat qalıq borcu və 10.68 (on manat, altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 248.20 (iki yüz qırx səkkiz manat, iyirmi qəpik) manat borc pulu və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1334/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1334/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver