Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1336/2023 12.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə iddia verərək:
1. 30 mart 2022-ci il tarixli müqaviləsinə əsasən JBL TUNE qulaqlıq üçün 163 (bir yüz altmış üç) manat, 32 (otuz iki) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat, 68 (altmış səkkiz) qəpik cərimə;
2. 15 may 2022-ci il tarixli müqaviləsinə əsasən LG qulaqlıq üçün 111 (bir yüz on bir) manat, 24 (iyirmi dörd) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 76 (yetmiş altı) qəpik cərimə olmaqla, ümumilikdə 303 (üç yüz üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 30 mart 2022-ci il tarixli və 15 may 2022-ci il tarixli müqavilələrə əsasən, JBL TUNE qulaqlıq, LG qulaqlıq almış və nəticədə 303 (üç yüz üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 30 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 268 (iki yüz altmış səkkiz) manat, 02 (iki) qəpik olan JBL TUNE qulaqlıq üçün ümumilikdə 180 (bir yüz səksən) manat olmaqla, ondan 163 (bir yüz altmış üç) manat, 32 (otuz iki) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 16 (on altı) manat, 68 (altmış səkkiz) qəpik cərimə; 15 may 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 203 (iki yüz üç) manat, 04 (dörd) qəpik olan LG qulaqlıq üçün ümumilikdə 123 (bir yüz iyirmi üç) manat olmaqla, ondan 111 (bir yüz on bir) manat, 24 (iyirmi dörd) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 11 (on bir) manat, 76 (yetmiş altı) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 196 (bir yüz doxsan altı) manat, 50 (əlli) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən JBL TUNE qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş 15 may 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən LG qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 30 mart 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 163 (bir yüz altmış üç) manat, 32 (otuz iki) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat, 68 (altmış səkkiz) qəpik cərimə, 15 may 2022-ci il tarixli müqaviləsinə əsasən 111 (bir yüz on bir) manat, 24 (iyirmi dörd) qəpik ödənilməmiş hissə, 11 (on bir) manat, 76 (yetmiş altı) qəpik cərimə olmaqla, ümumilikdə 303 (üç yüz üç) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 30 mart 2022-ci il tarixli, ******* nömrəli və 15 may 2022-ci il tarixli, ******* nömrəli müqavilələri üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 30 mart 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 16 (on altı) manat, 68 (altmış səkkiz) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 4 (dörd) manat həddində və 15 may 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 11 (on bir) manat, 76 (yetmiş altı) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 30 mart 2022-ci il tarixli müqaviləsinə əsasən 163 (bir yüz altmış üç) manat, 32 (otuz iki) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 15 may 2022-ci il tarixli müqaviləyə əsasən 111 (bir yüz on bir) manat, 24 (iyirmi dörd) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat, 56 (əlli altı) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim:Mübariz Məmmədov